İsrail translığı ruhi xəstəlik kimi təsnifləndirmir


İsrail ‘icma üçün vacib və əhəmiyyətli bir addım’ ataraq artıq translığı ruhi xəstəlik kimi qiymətləndirmir.

Dünya Səhiyyə Təşkilatından iki il və Fransadan 11 il sonra, nəhayət, İsrail  trans olmağın ruhi xəstəlik olmadığını qəbul etdi.

İsrailin Səhiyyə Nazirliyi tərəfindən LGBTİ+ və trans təşkilatları ilə məsləhətləşmələrdən sonra hazırlanan yeni üçillik təlimatlar xəstəxanalar və səhiyyə müəssisələrinin translara qarşı necə davranmalı olduğunu açıqlayır. 

Təlimat xəstəxanalar və səhiyyə müəssisələrinin trans məlumatlılığı üzrə təhsil almış ən azı bir işçiyə sahib olmalarını, rəsmi sənədlərdəki genderindən asılı olmayaraq trans şəxsə aid düzgün əvəzliklərdən istifadə etmələrini və uniseks imkanların mümkün olan yerlərdə təmin edilməsini, eyni zamanda transların genderləşmiş məkanlarından genderlərinə uyğun istifadəsinin təmin edilməsini istiqamətləndirir.

Nazirlər bir insanın seksual oriyentasiyasını və ya gender kimliyini dəyişdirməyə çalışan dırnaqarası konversiya terapiyasının etik və ya peşə əsaslarına sahib olmadığını və translığın psixoloji xəstəlik olmadığını təsdiqlədiklərini də qeyd etdilər.

Haaretz-ə əsasən, təlimatda: "Translar və ya trans spektrindəki insanlar müəyyən edildikləri və doğulduqları anda təyin edildiklərindən fərqli olan, geniş gender kimliklərini əhatə edən insanları izah etmək üçün istifadə edilən çətir terminidir", - deyilir.

“Bu əhali qrupundan olan insanların fiziki və şifahi zorakılıq, iş yerində ayrı-seçkilik və ictimai qaynaqlara əlçatmazlıq hallarına məruz qalma riski yüksəkdir, bu da psixoloji narahatlığı daha da pisləşdirə və  onların əhalinin qalan hissəsilə müqayisədə xəstələnmə dərəcəsinin yüksək olmasına səbəb ola bilər", - deyə təlimatlar davam edir.

"Bu, mental sağlamlıq haqqında danışarkən xüsusilə qeyd olunmalıdır."

Ma'avarim trans vəkillik qrupunun baş direktoru Ella Amest yeni təlimatın "cəmiyyət üçün və səhiyyə sistemi üçün əhəmiyyətli və əlamətdar bir addım olduğunu" deyib. 

Amest: "Çoxumuz transfobiya ilə qarşı-qarşıya qaldığımıza görə, əhalinin qalan hissəsinin yaşadığı daha ümumi səbəblər xaricində psixoloji xidmətlərə ehtiyac duyuruq, lakin sistem heç də həmişə bizə necə davranacağını bilmir", - deyə bildirib.


Mənbə: PinkNews



Powered by Froala Editor