Homoseksuallıq insestdən ‘bir qarış daha yüksəkdir’


Nigeriyalı insan hüquqları xeyriyyə təşkilatının homofob rəhbəri homoseksuallığın insestdən ‘bir qarış daha yüksək olduğunu’ deyir.

Nigeriyada tanınmış insan haqları xeyriyyə təşkilatının rəhbəri eynicinsli münasibətlərin mənəvi baxımdan “insestdən bir qarış daha yüksək” olduğunu iddia edib.

Nigeriya İnsan Haqları Yazarları Dərnəyinin (HURIWA) icraçı direktoru Emmanuel Onwubiko mətbuat konfransı keçirərək Amnesty International-ın “eynicinsli münasibətlərin bütün ölkələrdə qanuni edilməsi” və “bütün ölkələrdə abortun qanuni edilməsi” kimi məqsədlərini qınayıb.

Onwubiko deyib ki, bu məqsədlər “həyatın ülviliyi və evlilik birliyinin müqəddəsliyi üzərində qurulmuş Afrika dəyərlərini rebrend etmək üçün qəsdən aparılan mübarizədir... ” və bu, "insanın düz bağırsağının seks üçün nəzərdə tutulmadığı barədə gün kimi aydın, hətta axmaqların da bildiyi fundamental həqiqətin çöküşü ilə nəticələnəcək".

O : “Homoseksuallıq ən yaxşı halda sırf heyvanlar tərəfindən təsəvvür edilən və ya bəlkə də tətbiq olunan yüksək postamental əxlaqsız hərəkətdir", - deyə davam edib. 

“Bu, hətta qardaş və bacılar, oğullar və analar və ya qızlar və atalar kimi yaxın qohumlar arasındakı insestdən bir qarış daha yüksək qiymətləndirilir.

"Bu cür saysız-hesabsız cinsi pozğunluqlar ölkədəki tabular arasında təsnif edilir və onlara tamamilə ikrah hissi ilə yanaşmaq lazımdır."

"[Eynicinsli evlilik] təbiətdən sui-istifadədə ekstremizmdən başqa bir şeyi göstərmir və Afrikan ailəsi qəlibini daha da dekonstruksiya edir", - deyə əlavə edib. 

Onwubiko fürsətdən istifadə edərək insanlara Nigeriyada eynicinsli münasibətlərin ciddi qanunazidd bir hərəkət olduğunu da xatırladıb.


Mənbə: PinkNews



Powered by Froala Editor