Viktor Uspaskich parlament qrupundan çıxarıldı


Litvalı Avropa Parlamentinin deputatı LGBTİ+ləri 'azğın' adlandırdığı üçün parlament qrupundan çıxarıldı.

Litvalı Avropa Parlamentinin üzvü Viktor Uspaskich LGBTİ+ləri “azğın” adlandırdıqdan sonra Avropa Parlamentinin Renew Europe (Avropanı Yenilə) qrupundan kənarlaşdırıldı.

Litvanın mərkəz sol İşçi Partiyasını təmsil edən Uspaskich-ə hiddətə səbəb olan "mənfur ifadələrinə" görə üzr istəməsi əmri verilib.

“Bu gün bəzi Avropa ölkələrində təbii oriyentasiya nümayəndəsi olduğunuzu söyləmək təhlükəlidir, bu artıq təhlükəlidir”, - deyə, o, yanvarın 10-u canlı Facebook videosunda iddia edib.

O, LGBTİ+lərə “sapqın” deyə müraciət edərək, sözlərini davam etdirib: “Bu insanların əksəriyyəti reklam vermir, ancaq s*klərini ətəyin altına qoyub küçəyə girib qışqırırlar - onlar azğınlardır və belə şeylərə tolerant yanaşılmamalıdır.”

Renew liderləri dərhal bir açıqlama tələb etdikdə isə Viktor Uspaskich Litva dilinin onun ana dili olmadığı üçün sözlərinin kontekstdən çıxarıldığından və ya tərcümədə itdiyindən şikayətlənib.

Bununla birlikdə, azğın hesab etdiklərini tənqid etmək hüququna sahib olduğunu israr edərək homofobiyasını da ikiqat artırıb.

Uspaskich deyib: "Mən təbiət tərəfindən fərqli bir oriyentasiyası verilmiş insanları nəzərdə tutmadığımı xüsusi vurğuladım və yüksək səslə qışqıraraq azğın bir həyat tərzi sürənlərdən danışdım.”


Mənbə: PinkNews


Powered by Froala Editor