Lezbiyana qaçqın statusu verilmədi
Ailəsinin ölüm təhdidi ilə qarşılaşan lezbiyan Zimbabvedən qaçmağa məcbur olub. Lakin ona qaçqın statusu verilməyib.
23/Jan/21
1874
Lezbiyana qaçqın statusu verilmədi
Ailəsinin ölüm təhdidi ilə qarşılaşan lezbiyan Zimbabvedən qaçmağa məcbur olub. Lakin ona qaçqın statusu verilməyib.
Ailəsi tərəfindən ölüm təhdidi ilə üzləşdikdən sonra Zimbabvedən qaçmağa məcbur olan lezbiyana İrlandiyada qaçqın statusu verilməsindən imtina edildi.
2019-cu ilin aprelində Beynəlxalq Qoruma Mütəxəssisi (IPO) adının çəkilmədiyi qadının iddiasının etibarlı olmadığını iddia edərək sığınacaq verilməməsini tövsiyə etdi.
Qadın Zimbabvedə doqquz və on üç yaşlarında ikən iki ayrı evliliyə (red: uşaq zorakılığına) məcbur olunduğunu söylədi.
Ailəsinin onun lezbiyan olduğunu öyrənməsi zorakılıq təhdidlərinə yol açmışdır. O, bu səbəbdən ölkəsini tərk etmək məcburiyyətində qaldığını iddia edib.
Qadın sonradan 2019-cu il IPO tövsiyəsinin ləğvi üçün işi məhkəmə araşdırması icraatına aparıb, lakin hakim Tara Burns 22 yanvar cümə günü onun tələbini rədd edib, deyə Irish Times yazır.
Qadın müraciətində seksuallığının sığınacaq iddiasının “əsas elementi” olduğunu və IPO-un sığınacaq verməkdən imtina edilməsini tövsiyə etdiyi zaman seksuallığını təyin edə bilmədiyini iddia edib.
Sığınacaq iddiası ilə əlaqədar bir tövsiyə verməzdən əvvəl IPO ona seksuallığı mövzusunda suallar ünvanlamışdı. Qadının nə İrlandiyada, nə də Zimbabvedə hər hansı bir LGBTİ+ dəstək qrupundan xəbərdar olmadığı müəyyən olunmuşdu.
IPO İrlandiyada sığınacaq verilməməsi tövsiyəsini edərkən qadının seksuallığı və özü ilə əlaqəli digər suallara verdiyi cavablardan istifadə etmişdir.
Hakim Burns öz qərarında IPO-nun onun seksuallığı ilə bağlı müəyyən bir qənaətə gəldiyini söyləyib. Onun IPO tövsiyəsinin ləğvi üçün etdiyi müraciət rədd edildi.
Hakim bildirib ki, o, hazırda Beynəlxalq Qoruma Apellyasiya Məhkəməsinə müraciət edə bilər.
Mənbə: PinkNews
Powered by Froala Editor