Yaponiyaya LGBTİ+ hüquqlarına görə təzyiqlər artır
Olimpiya oyunları ərəfəsində Yaponiyaya ən əsas LGBTİ+ hüquqlarını təqdim etməsi üçün təzyiqlər artır.
30/Jan/21
1755
Yaponiyaya ən əsas LGBTİ+ hüquqlarına görə təzyiqlər artır
Olimpiya oyunları ərəfəsində Yaponiyaya ən əsas LGBTİ+ hüquqlarını təqdim etməsi üçün təzyiqlər artır.
Yaponiya bu yay 2020 Olimpiya oyunları ərəfəsində LGBTİ+ləri seksual oriyentasiya və gender kimliyinə görə ayrı-seçkilikdən qoruyacaq qanun qəbul etməlidir, insan hüquq təşkilatları bildirib.
Məktubda 116 insan hüquqları və LGBTİ+ təşkilatı Yaponiyanın baş naziri Yoshihide Suga'dan bu yay Tokio Olimpiya Oyunlarından əvvəl belə bir qanun tətbiq etməsini istəmişdir.
Keçən il Tokio 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəkdi, lakin Beynəlxalq Olimpiya Komitəsi və Yaponiya hökuməti davam edən pandemiya səbəbi ilə oyunları bir il təxirə saldı. Hazırda oyunlar 23 iyul-8 avqust tarixlərinə planlaşdırılır.
Tokio 2020 Oyunları üç əsas konsepsiya üzərində qurularaq “dünyaya müsbət islahat” gətirmək kimi reklam olunur: “şəxsi yaxşılığınıza can atmaq”, “bir-birinizi qəbul etmək” və “gələcək üçün miras qoymaq”.
Oyunun etiketi belə inklüzivlik və müxtəliflik üçün bir çağırışdır: "Fərqlilikləri bil, fərqlilikləri göstər."
Bununla birlikdə, LGBTİ+ və insan haqları fəalları Yaponiyanın ayrı-seçkiliyə qarşı beynəlxalq standartlara cavab verən və ölkə səviyyəsində LGBTİ+ləri və LGBTİ+ idmançıları qorumalı olan qanun qəbul etməsinin lazım olduğunu söyləyirlər.
Mənbə: PinkNews
Powered by Froala Editor