Göyə baxaq, Göy qurşağına baxaq!


Türkiyə LGBTİ+ dərnəkləri son hücumlar, hədəfalmalar və polis zorakılığına qarşı ortaq bəyanat yayıb. 

Bəyanatın mətnini təqdim edirik. 

İmzalamış LGBTİ+ dərnəkləri olaraq Boğaziçi Universitetində tələbələrin demokratik etirazlarına qarşı polis zorakılığına və dövlət məmurları tərəfindən həyata keçirilən LGBTİ+ düşməni qaralama kampaniyalarına etiraz edirik! 

LGBTİ+ lərə və LGBTİ+lərin ifadə və toplaşma azadlığına qarşı hücumlar, ayrı-seçkilik və nifrət nitqi qəbuledilməzdir. LGBTİ+lərin hədəfə alınması və alçaldılması və hüquq müdafiəçilərinin marjinallaşdırılması ayrı-seçkilik və cinayətdir. Tələbələrin etiraz hüququ və ifadə azadlığı demokratik bir cəmiyyət üçün əvəzolunmazdır. Hədəf və qaralama kampaniyaları nəticəsində Boğaziçi Universiteti LGBTİ+ Araşdırmalar Klubunun bağlanması, bu qərarın kluba bildirilməzdən əvvəl sosial mediada paylaşılması; açıq şəkildə LGBTİ+lərin ifadə və toplaşma azadlığının pozulması deməkdir. 

LGBTİ+lərin bərabərlik və azadlıq mübarizəsi demokratikləşmə və insan hüquqları uğrunda bir mübarizədir və bu, mübarizənin ayrılmaz bir hissəsidir. Yenidən səlahiyyətlilərə qarayaxma kampaniyaları ilə demokratik hüquqlarımızı pozmağı dərhal dayandırmalarının lazım olduğunu söyləyirik. Bütün qeyri-hökumət təşkilatlarını LGBTİ+lərin həyatını təhlükə altına ala biləcək bu tip kampaniyalara, nifrət və nifrət cinayətlərinə qarşı mübarizə aparmağa çağırırıq. 

LGBTİ+lərə qarşı hər cür alçaldıcı, utanc verici cəhdlərə qarşı mübarizə aparan bizlər Qürur Yürüşlərində də olduğu kimi #AşağıBakmayacağız. Çünki hamımızın bir-birimizdə və göydə tapdığımız, azadlığın olmazsa olmazı göy qurşağı var! Birlikdə ictimai barış içində yaşamaq üçün göyə baxaq, göy qurşağına baxaq! 

İmzalayanlar:

17 Mayıs Derneği

Ankara Gökkuşağı Aileleri Derneği (GALADER)

Genç LGBTİ+ Dayanışma Derneği

HEVİ LGBTİ+ Derneği

Kaos GL Derneği

Lambdaistanbul LGBTİ+ Dayanışma Derneği

LİSTAG (LGBTİ+ Aileleri ve Yakınları Derneği)

Muamma LGBTİ+ Eğitim, Araştırma ve Dayanışma Derneği

Özgür Renkler Derneği

Pembe Hayat LGBTİ+ Dayanışma Derneği

SPoD

Ünikuir Derneği


Mənbə: Kaos GL



Powered by Froala Editor