Canını qurtarmış geylər Çeçenistan polisinə qaytarılır
Rusiya polisi Çeçenistan respublikasından qaçmış iki gey kişini saxladığını iddia edir
09/Feb/21
2013
Canını qurtarmış geylər Çeçenistan polisinə qaytarılır
Rusiya polisi Çeçenistan respublikasından qaçmış iki gey kişini saxladığını iddia edir. Rusiyanın LGBT Şəbəkəsi cümə axşamı bildirib ki, polis onları öz bölgələrindəki səlahiyyətlilərə təhvil verib.
LGBT Şəbəkəsi iki nəfərin - Sələh Maqamadov və İsmayıl İsayevin Çeçenistandan qaçaraq 2020-ci ilin iyun ayında Moskvadan 400 kilometr şərqdə yerləşən Nijni Novqorod şəhərinə köçmələrinə köməklik etmişdi.
Vəkillərinin dediklərinə görə, Maqamadov və İsayev 2020-ci ilin aprelində müxalif fikirli Telegram kanalına rəhbərlik etdiklərinə görə Çeçenistan xüsusi polisi tərəfindən tutulub işgəncə altına alınmış və daha sonra üzr videosu çəkmək məcburiyyətində qalmışdılar.
LGBT hüquqları ilə məşğul olan QHT Maqamadov və İsayevin cümə axşamı günortadan sonra itkin düşdüklərini bildirir.
Saat 3 radələrində kişilərdən biri arxa planda qışqırıq səsini eşidib, Rusiya LGBT Şəbəkəsinin təcili yardım koordinatoru ilə əlaqə saxlamışdır. Maqamadov və İsayevin vəkili Alexander Nemov təxminən 30 dəqiqə sonra onların mənzillərinə gəlmiş və dava izlərini gördüyünü izah etmişdir.
İtkin düşmüş şəxslər barədə iddianı yerli polisə təqdim etdikdən sonra Nemov iki şəxsin Çeçenistan polisinə təhvil verildiyini öyrənib. LGBT Şəbəkəsi bildirir ki, onlar indi Çeçenistanın Gudermes şəhərinə aparılır.
Son illərdə Çeçenistanda gey kişilərə qarşı kütləvi həbslər, oğurlamalar, işgəncə və insan haqlarının pozulması barədə bir çox məlumat yayılıb.
Çeçenistan lideri Ramzan Kadırov Rusiyanın əksəriyyətinin müsəlman olduğu Şimali Qafqaz bölgəsində LGBTİ+lərin mövcudluğu barədə xəbərləri də təkzib edir.
Mənbə: The Moscow Times
Powered by Froala Editor