Kuir İncəsənət Festivalı Bakı - Queer AF-in onlayn sərgisi

Nəfəs LGBTİ Azərbaycan Alyansı yeni təşəbbüsü “Kuir İncəsənət Festivalı Bakı - Queer AF”-in onlayn sərgisini məmnuniyyətlə təqdim edir. 

Sərgi haqqında daha ətraflı:

 Kuir İncəsənət Festivalı onlayn sərgisini təşkil etmək üçün müxtəlif alətlərlə işləyən 8 fərqli sənətkarı bir araya gətirərək kollektiv onlayn sərgi yaradıb. Sərginin əsas mövzusu “Kuir x Azərbaycan: Bədənim, Şəxsiyyətim, Mirasım, Mühitim” adlanır. Sərgi “Kuir x Azərbaycan” seriyasının başlanğıcıdır və hər 2 sənətçi fərqli alt kateqoriyalar üzərində işləyib (Məsələn: “Şəxsiyyətim” kateqoriyasında 2 sənətçi) Rəssamlar ümumi bir süjet xətti yaradıb və vizual məzmunda bir-birini izləyiblər ki, müxtəlif mövzulara yer verilməsi təmin edilsin və təsvirlərinin hekayələri bir-biri ilə üst-üstə düşməsin. Hər alt kateqoriyada sənətkarlar mövzunu LGBTİ+ və feminizm perspektivində araşdırıb və əsərlərin mövzuları yerli kuir və feminist icmaların üzləşdiyi problemlərlə əlaqəlidir. 

Daha çox yerli sənətkarın əsərlərini görmək üçün @queerartfest Instagram hesabını ziyarət edə bilərsiniz. Hazırda davam edən onlayn festivalın hissəsi olan ən sevdiyiniz əl işlərinə də səhifəni ziyarət edib səs verə bilərsiniz. Səsvermə 21 Fevrala qədər davam edəcək. Ən sevdiyiniz işləri səhifədə “bəyənməklə” əsərlərə səs verə bilərsiniz.

Powered by Froala Editor