Gey Creme Egg reklamı hələ də ekranlardadır

Gey Creme Egg reklamı 25000 təəssübkeşin cəhdlərinə baxmayaraq heç bir yerə getmir.

Ehtiraslı öpüş paylaşan, real həyatda da birlikdə olan cütlüyün rol aldığı Creme Egg reklamı gülünc anti-LGBTİ+ əleyhinə olan müraciətə baxmayaraq heç yerə getmir. 

Cadbury's Creme Egg reklamı ilə "inklüzivlik mesajı" yaymaqdan qürur duyduğunu söyləyib. Reklam petisiya vasitəsilə 25000-dən çox təəssübkeşin hirs və əsəbini özünə cəlb etmişdi. 

Müraciətdə reklamın “uşaqlara seks satdığı” və Pasxa ətrafında “xristian icmasının üzvləri arasında lazımsız qanqaralığa” səbəb olduğu iddia edilir. 

"Uşaqların tez-tez ekranda gördüklərini kopyaladıqlarını nəzərə alsaq, reklam tərtibat tərzi təşkil edir, uşaqları uyğunsuz və qrafik seksual məzmuna məruz qoyur", - deyə müraciət qəribə şəkildə iddia edir. 

"Cadbury's açıq şəkildə mübahisələrə səbəb olmağa və hər hansı bir etirazın köklərinin homofobiya ilə əlaqəli olduğunu iddia edərək tənqidlərdən qaçmağa ümid edir". “LGBT icmasının üzvləri də bu kampaniyanı bəyənmədiklərini dilə gətirdiklərini” iddia edərək, burada “sözügedən cütlük heteroseksual olsaydı, öpüşün seksual və qrafik xarakteri nəzərə alınaraq reklamın qadağan olunacağını” söyləyir. 

Buna cavab olaraq, Cadbury’s Premier Christian News-a açıqlama vermişdir. 

"Cadbury's məhsullarından və ya marka kampaniyalarından asılı olmayaraq hər zaman inklüzivlik mesajını yayan mütərəqqi bir brend olmuşdur" deyə şirkət sözçüsü bildirmişdir. 

“Hər kəsin Cadbury Creme Edd şirniyyatından həzz ala biləcəyi üsulları qeyd edən Golden Goobilee reklamımızla fəxr edirik. 

"Bunu göstərmək və məhsullarımızın gətirdiyi sevinci nümayiş etdirmək üçün Cadbury Creme Egg şirniyyatını paylaşan cütlük də reklamda yer almışdır." 


Mənbə: PinkNews

Powered by Froala Editor