Operativ Qərargahın qeyri-rəsmi səhifəsindən 

anti-feminist təbliğat

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının qeyri-rəsmi İnstaqram səhifəsi feminizmi “olduqca təhlükəli və övladlarımızı uçuruma aparan bir cərəyan” adlandıraraq, hərəkatı demonizə etmişdir. 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılmışdır.

Operativ Qərargahın qeyri-rəsmi İnstaqram səhifəsi

Paylaşımda feminizmin “qadınlara saxta azadlıq konsepsiyasını (nə istəsən et,hara istəsən get, ailə dəyəri heçdir və.s.) təqdim etdiyi” və qadınların bu saxta konsepsiyanın köləsinə çevrildiyi qeyd olunur. “Bunun köləsi olan insanlar isə, mümkünsüz olduğunu gördükdə intihara üz tuturlar”, - deyə əlavə edilir. 

Fem-Utopia, Femiskop, Nəfəs LGBTİ Azərbaycan Alyansı, Minority Azərbaycan və AZAD LGBT təşkilatları Azərbaycan Respublikası Nazirlər Kabinetindən və eləcə də, Operativ Qərargahdan dövlət qurumunu qeyri-rəsmi də olsa təmsil edən və 20 minə yaxın izləyicisi olan səhifədən paylaşımın silinməsini və Sevil Atakişiyevanın intiharının obyektiv araşdırılmasını tələb edir. 


YENİLƏNDİ:

Bu xəbər yayımlandıqdan az sonra paylaşım sözügedən səhifədən silinmişdir.

Powered by Froala Editor