Kuir İncəsənət Festivalının qalibləri bəllidir

Kuir İncəsənət Festivalı onlayn sərgini təşkil etmək üçün müxtəlif alətlərlə işləyən 8 fərqli sənətkarı bir araya gətirərək kollektiv onlayn sərgi yaratmışdı. Sərginin əsas mövzusu “Kuir x Azərbaycan: Bədənim, Şəxsiyyətim, Mirasım, Mühitim” idi.

Festival ərzində təqdim edilən yerli sənətkarın əsərləri @queerartfest Instagram hesabında yayımlanmışdır. Qaliblər səsvermə yolu müəyyən olunub və 21 fevrala qədər davam etmişdir.

Nəfəs LGBTİ Azərbaycan Alyansı və “Queer AF” incəsənət festivalı sərgidə iştirak edən hər bir sənətkara və izləyiciyə təşəkkürlərini bildiriərək, qalibləri elan edib:

1-ci yer @mycinnamoncake


2-ci yer @aylianaya və @petitebaguettexoxo


3-cü yer @iamparviz_


Nəfəs LGBTİ Azərbaycan Alyansının təşkil etdiyi “Queer AF” festivalının münsiflərindən biri də Carolina Falkholt idi. O, komandanın 2 təşkilat heyəti üzvü ilə birlikdə festivala təqdim olunan işlərin dəyərləndirilməsi və qiymətləndirilməsində iştirak etmişdir.

Powered by Froala Editor