Femiskop 8 mart günü ilə bağlı müsabiqə elan edir

Təqvimə baxsaq görəcəyik ki, 8 mart günü yavaş-yavaş yaxınlaşır. Bu günü Femiskop da qeyd edir. Əlbəttə ki, Femiskop bu günü bərabər hüquqlar uğrunda mübarizəni işarələyən gün kimi qeyd edəcək, sadəcə qadın genderinə aid olmağımıza görə gül və kompliment aldığımız gün kimi yox. 

“Son həftələrdə baş verən acınacaqlı xəbərlərnin fonunda, həmkarlarımızın sıxışdırılmasına və digər əngəllərə baxmayaraq (və baxaraq) düşündük ki, 8 mart gününü yaradıcılıqda ifadə edək. 8 mart 2021-in “ümid” mövzulu olmasına qərar verdik.”

Femiskop 8 mart günü üçün “ümid” mövzusu ilə bağlı müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün illüstrasiyalarınızı 6 mart tarixinədək [email protected] ünvanına yollaya bilərsiniz. İllüstrasiyaları hazırlayarkən tam olaraq sizin təxəyyülünüzə ümid bəslənilir. Göndərilən illüstrasiyalar Femiskopun İnstagram səhifəsində paylaşılacaq. Bütün illüstarsiyalar kvadrat formatında olmalıdır (minimum 400, maksimum 1000 piksel enində olmaları arzuolunandır).

Qalib gələn illüstrasiya 8 mart üçün hazırlanan layihənin üst qabığı olacaq və qalib gələn şəxs(lər) Femiskopdan kiçik pul mükafatı da alacaq.



Powered by Froala Editor