Polşa məhkəməsi Göy qurşaği ilə əhatələnmiş Bakirə Məryəmin posteri ilə əlaqədar həbsxana ilə təhdid edilən aktivistlərə bəraət verdi

Polşada göy qurşağı halqasının əks olunduğu Bakirə Məryəm posteri ucbatından həbs cəzası ilə üzləşən LGBTİ+ fəallara məhkəmə tərəfindən bəraət verildi. 

Posterlər 2019-cu ildə sağçı hökumət ilə sıx əlaqələr quran Polşanın nüfuzlu Katolik Kilsəsi tərəfindən artan LGBTİ+ düşmənçiliyinə etiraz olaraq hazırlanmışdır.

Dinc etiraz aksiyalarına görə iki il həbsdə qaldıqdan sonra qadınlar 2 mart çərşənbə axşamı təqsirsiz elan olundular. Məhkəmə heç bir cinayət sübutu tapmamışdır.

“Aktivistlərin fəaliyyətləri təxribat xarakteri daşıyırdı, lakin Płock kilsəsinin homofobik və zərərli tərtibatına diqqət yönəltmək məqsədi daşıyırdı. Bunu belə hərəkətlərin qəbuledilməz olduğunu göstərmək üçün etdilər.” - deyə yerli xəbərlərə əsasən, hakim öz qərarında bildirib. 

“Aktivistlərin məqsədi kiminsə dini hisslərini təhqir etmək və ya Tanrının anasının rəsmini təhqir etmək deyildi. Onların hərəkətləri ayrı-seçkiliyə məruz qalan insanları qorumaq məqsədi daşıyırdı.”

Hakim LGBTİ+lərin kilsədə yerləri olduğunu vurğuladı və göy qurşağı halqası görüntüsündən incimədiklərini söyləyən katoliklərin məktublarına istinad etdi.

"Rəsmdə heç bir seksual hərəkət yoxdur və yalnız bu cür hərəkətlər Kilsənin təlimində günah sayılır", - deyə hakim qeyd etdi.


Mənbə: PinkNews



Powered by Froala Editor