Lady Phyll LGBTİ+lərə qarşı hücumları qəbuledilməz sayır
Lady Phyll Qanadakı LGBTİ+ icmasına qarşı hücumları qəbuledilməz sayır: İnsanlara nifrətli rəftar afrikalılara uyğun davanış deyil
04/Mar/21
2296
Lady Phyll Qanadakı LGBTİ+ icmasına qarşı hücumları qəbuledilməz sayır: İnsanlara nifrətli rəftar afrikalılara uyğun davanış deyil.
Britaniyalı siyasi aktivist və UK Black Pride-ın (Britaniya Qaradərili Qürur) həmtəsisçisi Phyllis ‘Lady Phyll’ Akua Opoku-Gyimah Qanadakı LGBTİ+ icmasına yönəlik son hücumları qınayır və onları “qeyri-afrikan” davranış kimi qiymətləndirir.
British Vogue üçün yazdığı köşə yazısında Lady Phyll Accra şəhərində yeni LGBTİ+ mərkəzinin bağlanması səbəbilə Qananın “qəlbini qırdığını” dedi. O: “Bizim kimi insanların özlərini sərbəst, təhlükəsiz və görünən hiss etmələri üçün məkanlar qurmaq məqsədilə başqaları ilə birlikdə çox çalışan kuir qaradərili afrikalı qadın olaraq bu qədər lazımlı bir şey yaratmağın və bu cür vitriolla qarşılaşmağın nə qədər çətin, hətta başağrıdıcı olduğunu çox yaxşı bilirəm.”- dedi.
Qanalı səlahiyyətlilər 24 fevralda Qana LGBTİ+ Hüquqları Mərkəzinin ofisini məcburi bağladıqdan sonra Qana hakimiyyəti qlobal qınama ilə qarşılaşıb və hadisə ölkənin kuir icmasının qarşılaşdığı şiddətə diqqət çəkib.
Qanada LGBTİ+ləri ayrı-seçkilikdən qoruyan heç bir qanun yoxdur və gey cinsi əlaqə qanunsuzdur.
Bir neçə gün əvvəl məşhurlar Qana hökumətini qınayaraq, oradakı LGBTİ+ icmasına dəstəyini ifadə etmişdir. Ümumilikdə 67 məşhur, siyasətçi və digər nüfuzlu şəxslər tərəfindən imzalanan açıq məktubda Qanada LGBTİ+ icmasına qarşı basqın qınanmışdır.
Mənbə: PinkNews
Powered by Froala Editor