Şəhla Hümbətova Vəkillər Kollegiyasından kənarlaşdırılıb
Məhkəmə kollegiyada qalan son insan hüquqları vəkillərindən biri olan Şəhla Hümbətovanın Vəkillər Kollegiyası üzvlüyündən xaric olunmasını təsdiqlədi
06/Mar/21
2659
Şəhla Hümbətova Vəkillər Kollegiyasından kənarlaşdırılıb
Məhkəmə kollegiyada qalan son müstəqil insan hüquqları vəkillərindən biri Şəhla Hümbətovanın Vəkillər Kollegiyası üzvlüyündən xaric olunmasını təsdiqlədi.
Martın 5-də Bakı İnzibati Məhkəməsi Vəkillər Kollegiyasının Hümbətovanın üzvlüyünə xitam verilməsi barədə iddiasını təmin edib.
Vəkillər Kollegiyasına əsasən, Şəhla Hümbətova 6 aydan çoxdur ki, 460 AZN məbləğində üzvlük haqqını ödəmədiyinə görə vəzifəsindən azad edilib.
Şəhla Hümbətova səkkiz aylıq üzvlük haqqı borclu olduğunu təsdiqləyib, lakin kollegiyanın bu barədə onu xəbərdar etmək üçün heç bir səy göstərmədiyini təkid edib. O, OC Mediaya ‘Bu barədə İdarə Heyətinin [məni məhkəməyə vermək] qərarından sonrakı gün mediadan öyrəndim,” - deyə bildirib.
Hümbətova dərhal ödəməni etdiyini, bu səbəbdən Vəkillər Kollegiyasından ayrılma tələbi ilə məhkəməyə müraciət etdikdə artıq heç bir borcunun olmadığını söyləyib.
Hümbətova Azərbaycanda içlərində feministlər və kuirlərin də olduğu yüksək profilli insan haqları iddiaları ilə tanınır.
Onun kollegiyadan kənarlaşdırılması sistemik təzyiqlərin davamlı nəticəsidir. Son illərdə insan haqları müdafiəçilərinə qarşı təzyiq səbəbilə çoxsaylı müstəqil vəkillərin Vəkillər Kollegiyasındakı fəaliyyətinə xitam verilib.
Powered by Froala Editor