"Eşit! Gəlirik!" - Feminist protest konserti

6 mart Fem-Utopia feminist kollektivinin YouTube kanalında ilk feminist protest konserti yayımlanıb.  

Mahnılar feminist ifaçılar və şairələr tərəfindən yazılıb. Fem-Utopia kollektivinin bildirdiyinə görə, “konsert patriarxatla mübarizə aparan hər kəsə ithaf olunub” və Beynəlxalq Qadınlar Günü -  8 marta özəl hazırlanıb. 

Mahnılarda gender əsaslı zorakılıq, qadın qətlləri, intihar kimi mövzulardan bəhs olunub və qadınların etirazını ifadə edib. 

Konsertdə səslənən “Göy qurşağı” mahnısı kuirlərin mübarizəsinə hərs olunub. İfaçı Fərqanə Abdulla çıxışından sonra Minority Azərbaycana deyib ki:“Homofoblara buradan səsələnirəm, homoseksuallar, kuirlər var və var olmağa davam edəcəklər.” 

Göyqurşağı

Küncə sıxılmış biri 

Gizlədir içindəki rəngləri 

Ən böyük qorxusu 

İtirmək sevdiklərini


Kölgədə qalmayacam

Göyqurşağı ikən səmada

Gözlərin yansa da

Sonsuzadək parlayacam


Bilmirəm niyə 

Nifrət var gözlərinizdə 

Əgər cəhənnəm varsa 

Məkanı kinli qəlbinizdə


Tanrıyla arama 

Necə girə bilərsən 

Məni sevməsən də olar

Özünü sevə bilərsən



Powered by Froala Editor