AB Rusiya rəsmilərinə sanksiyalar tətbiq edib
Avropa Birliyi Çeçenistanın dəhşətli ‘gay təmizləməsinin’ mərkəzində olan Rusiya rəsmilərinə qarşı sərt sanksiyalar tətbiq edilməsini irəli sürüb
24/Mar/21
1885
Avropa Birliyi Çeçenistanın dəhşətli ‘gay təmizləməsinin’ mərkəzində olan Rusiya rəsmilərinə qarşı sərt sanksiyalar tətbiq edilməsini irəli sürüb
Avropa Birliyi Çeçenistanın dəhşətli gey təmizlənməsində LGBTİ+lərə təqib etməkdə təqsirləndirilən iki rusiyalı rəsmiyə qarşı ciddi sanksiyalar tətbiq edib.
22 mart bazar ertəsi günündən etibarən AB Çeçenistanda Rusiya Daxili İşlər Nazirliyinin yüksək vəzifəli məmuru Aiub Vakhaaevich Kataev və bölgənin baş nazirinin müavini və xüsusi təhlükəsizlik bölməsinin komandiri Abuzaid Candarovich Vismuradova sanksiya tətbiq edib.
Onların cəzasına hesabların və aktivlərin dondurulması və AB daxilində səyahət qadağasına məruz qalma, habelə insanların və ya təşkilatların özlərinə vəsait ayırmasını qadağan etmək daxildir.
“Təzyiqlər LGBTİ qruplarına mənsub olduğu güman edilən lezbiyan, gey, biseksual, transgender və intersekslərə qarşı yönəldilib,” - deyə AB hesab və aktivlərin dondurulmasını və səyahət qadağalarını dərc etdiyi jurnalda qeyd edib.
“Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Arqundakı şöbə müdiri vəzifəsində olan Aiub Kataev yerli dövlət təhlükəsizliyi və polis orqanlarının fəaliyyətinə nəzarət edir. Bu vəzifədə Çeçenistanda 2017-ci ildə başlayan geniş və sistematik təqiblərə şəxsən nəzarət edir.”
Hər iki şəxs qəddar Çeçenistan lideri və Putinin müttəfiqi Ramzan Kadırov kimi insan haqlarının pozulmasına görə ABŞ sanksiyaları altındadır.
Mənbə: PinkNews
Powered by Froala Editor