Özbək LGBTİ+ fəalının maskalı quldurların beyzbol sopası ilə vəhşi hücumundan sonra beyin əməliyyatına ehtiyacı ola bilər

Özbəkistanlı LGBTİ+ fəalı Miraziz Bazarov üç maskalı şəxs tərəfindən beysbol sopası ilə vəhşicəsinə döyülməsindən sonra ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

29 yaşlı Bazarov 28 mart bazar günü sol bud sümüyünün açıq sınığı və ağır beyin silkələnməsi də daxil olmaqla, daxili orqanlarına və ayaqlarına çoxsaylı xəsarətlərlə Daşkənd Travmatologiya Xəstəxanasına çatdırılıb.

Növbəti gün həkimlər Azadlıq Radiosuna onun vəziyyətinin ağır olduğunu söyləyib. O, beyin əməliyyatı keçirməsi ehtiyacı səbəbilə başqa xəstəxanaya köçürülüb. 

Hücuma Bazarovun qonşularından biri şahid olub. O, döyülmənin yalnız üç dəqiqə davam etdiyini söyləyib. 

O, müxbirlərə: “[Miraziz Bazarov] yaşadığı evin girişinə girərkən bir maşın dayandı və üç maskalı kişi oradan düşdü”, - deyə söyləyib. “Onlardan birinin əlində beysbol sopası var idi. Avtomobildən düşüb [onu] döyməyə başladılar.”

Aktivist Telegram-da "Канал Базарова" (Bazarovun Kanalı) adlı bloqu idarə edir. O, eynicinsli münasibətlərin dekriminallaşdırılmasını müdafiə edir və Özbəkistan Cinayət Məcəlləsindən “xuliqanlığın” çıxarılmasına çağırır.

Aktivist bazar günü rus xəbərlərinə "bloq mühitində ona qarşı hökumət tərəfdarı olduğu bilinən bloqqerlər tərəfindən təcavüzkar hücum edildiyini" deyib. Son iki həftə ərzində bir neçə dəfə ona qarşı hədə-qorxu gəlindiyini və bu haqda ən azı on dəfə polisi xəbərdar etdiyini bildirib, lakin heç bir tədbir görülməyib.


Mənbə: PinkNews



Powered by Froala Editor