LGBTİ+lərin sosial şəbəkə hesabları hədəfdə
Azərbaycanlı homoseksuallar son günlər onların sosial şəbəkə hesablarının ələ keçirilməsi üçün hücumlar olduğunu bildirir
31/Mar/21
3340
LGBTİ+lərin sosial şəbəkə hesabları hədəfdə
Azərbaycanlı homoseksuallar son günlər onların sosial şəbəkə hesablarının ələ keçirilməsi üçün hücumlar olduğunu bildirir.
LGBTİ+ aktivisti Rəvan Nəsiminin öz Facebook hesabında verdiyi məlumata əsasən, o, bu yaxınlarda hədə-qorxu dolu mesajlar alıb, eləcə də ona hesablarının qırılması məqsədilə fişinq keçidləri göndərilib.
Adının çəkilməsini istəməyən digər icma üzvünün dünən Minority Azerbaijan-a verdiyi məlumata görə, daha bir homoseksual şəxsin gmail hesabının sındırılması üçün mütəmadi cəhdlər edilir. Digər bir geyin isə Instagram hesabı ələ keçirilib.
Minority Azerbaijan adından bütün LGBTİ+ icmasını diqqətli olmağa, sosial şəbəkə hesablarına ikiqat müdafiə tətbiq etməyə və şübhəli linklərə keçid etməməyə çağırırıq.
Powered by Froala Editor