Yüzlərlə adam həyasız homofobların İsrail parlamentində andiçməsinə etiraz edib

Yüzlərlə adam 6 aprel çərşənbə axşamı Qüdsdə bir qrup anti-LGBTİ+ Knesset üzvünün and içməsinə etiraz edərək nümayiş keçirib.

AFP-nin verdiyi məlumata görə, etiraz İsrailin milli qanunverici orqanı olan Knessetin 120 üzvünün keçən ay keçirilən seçkilərdən sonra andiçməsi zamanı parlamentin xaricində keçirilib.

Onların arasında Noam və Otzma Yehudit partiyalarının və Dini Sionist Partiyanın (Milli Birlik-Tkuma) daxil olduğu ifrat-sağçı Dini Sionizm ittifaqının altı üzvü var. 

Dini Sionist Partiyanın lideri və özünü “qürurlu homofob” adlandıran Bezalel Smotrich 2006-cı ildə Dünya Qürur Yürüşü Qüdsdə keçirilən zaman LGBTİ+ əleyhinə “heyvan paradı” təşkil etməyə kömək edib.

"Heyvan paradı"nın sağçı aktivistləri Qürur Yürüşünün marşrutunu eşşək və keçi ilə izləyib, heyvanların "günah işləmədikləri" üçün LGBTİ+lərdən daha üstün olduğunu iddia edib.

Dini Sionizm ittifaqı çətiri altındakı digər Knesset üzvləri arasında Otzma Yehudit partiyasına rəhbərlik edən Itamar Ben-Gvir və anti-LGBTİ+ partiyasının qurucusu Avi Maoz da var.

Ben-Gvir fələstinlilərin öldürülməsini bayram edib, daha əvvəl şiddətə təhrik etmək və bir terror qruplaşmasını dəstəkləmək ittihamı ilə məhkum edilib və “düşmən ərəblərin” İsrail ərazisindən “qovulmalı” olduğuna inanır.

Noam partiyası LGBTİ+ hüquqları uğrunda mübarizə aparanları nasistlər və kamikadze ilə müqayisə edib və bu partiya yalnız LGBTİ+ hüquqlarına qarşı çıxmaq üçün qurulub.


Mənbə: PinkNews

Powered by Froala Editor