Vandallar İspaniya trans hüquqları mübarizəsinin fonunda LGBTİ+ mərkəzini transfobik qraffiti ilə vandalizmə məruz qoyub

İspaniyada yeni "trans qanunu" səbəbilə gərginlik artdığı bir vaxtda Madriddə LGBTİ+ mərkəzlərindən biri homofobik və transfobik qraffitilərlə dağıdılıb. 

Baş nazir Pedro Sánchez-in iqtidardakı sosialist partiyası aşırı-sol azlıq koalisiyasının ortağı United We Can tərəfindən irəli sürülən yeni genderin hüquqi tanınması qanununun qarşısının alınmasında ittiham edilib. 

Vətəndaşların tibbi diaqnoz almağa məcbur edilmədən genderlərinin hüquqi olaraq tanınmasına imkan yaradan yeni qanunda gecikmələr trans fəalların keçən ay Madriddə Deputatlar Konqresi qarşısında aclıq aksiyasına başlamaları ilə müşayət olunub.

Hazırda Madrid Lezbiyan, Gey, Biseksual və Transseksual Kollektivin (COGAM) mərkəzi qərargahı binanın çöl tərəfində “kuir mizoginiyadır”qraffiti yazıları ilə korlanıb. COGAM-ın qərargahı son onilliklərdə gey bölgəsi kimi tanınan mərkəzi Madrid məhəlləsi Chuecadadır. 

COGAM-ın sosial mediada qınadığı və yeni trans hüquqları qanunvericiliyinə qarşı çıxanlara aid etdiyi digər qraffitilərdə “reproduktiv istismarçılar”, “cins genderə 'bərabər olmur'” və “səhv bədən patriarxata bərabərdir” yazılıb.

COGAM Twitter-də: “Arqument və səbəbləri olmayanlar vandalizm və şiddətdən istifadə edirlər. Bu, möhkəm bir cəmiyyət istəyən və imkanları daxilində müxtəliflikdə bərabərlik hədəfinə çatmağımızı dayandırmayacaq,” - deyə yazıb.

"Bu gün hər zamankından daha çox qarşılıqlı dəstək, həmrəylik və fəallıq."

Mənbə: PinkNews

Powered by Froala Editor