İrlandiya konversiya terapiyasını qadağan edir
İrlandiya konversiya terapiyasını qadağan etmək üçün ilk addımı atıb
17/Apr/21
2799
İrlandiya konversiya terapiyasını qadağan etmək üçün ilk addımı atıb
Bütöv ada koalisiyasının bu zərərli təcrübənin qanunsuz elan edilməsini tələb etməsindən bir neçə gün sonra İrlandiya hökuməti konversiya terapiyasının qadağan edilməsi istiqamətində ilk addımı atıb.
İrlandiya Respublikasının Uşaq İşləri Naziri Roderik O'Gorman dövlət rəsmilərindən bir insanın seksual oriyentasiyasının və ya gender kimliyinin dəyişdirilməsi səylərinə istinad edən konversiya terapiyasının birdəfəlik qadağan edilməsinin araşdırılmasını istəyib.
Bu psevdoelmi təcrübə demək olar ki, hər bir böyük psixiatriya və tibbi təşkilat tərəfindən ləğv edilib, tədqiqatlar isə konversiya terapiyasından keçənlərin daha pis ruhi sağlamlıq nəticələri ilə üzləşdiyini göstərib.
İrlandiyanın üç partiyalı koalisiyası keçən il hökumət üçün hazırladığı proqramda konversiya terapiyasını qanunsuz olaraq qəbul etməyi vəd edib və nəhayət, LGBTİ+ləri zərərli təcrübədən qorumaq üçün addımlar atılıb.
TheJournal.ie 15 aprel cümə axşamı günü xəbər verib ki, Uşaqlar, Bərabərlik, Əlillik, İnteqrasiya və Gənclik Departamentinin səlahiyyətliləri konversiya terapiyasına dair qiymətləndirmə sənədi hazırlayıb və Səhiyyə Departamenti ilə birlikdə qanunvericiliklə bağlı təkliflərini çatdırmaq üçün çalışırlar.
Nazir O'Gorman xəbər agentliyinə bildirib ki, hökumət “zərərli və ayrı-seçkilik xarakterli mesajları təbliğ etməklə yanaşı, gənclərin ruhi sağlamlığı üzərində ciddi mənfi nəticələri olan və uzunmüddətli təsir göstərə bilən təcrübələri qadağan etmək üçün fəal olmalıdır”.
O, : "Konversiya terapiyasının qadağan edilməsinə dair qanun qəbul etmək həm gənclər, həm də yaşlılar da daxil olmaqla hər kəsə bir insanın seksual oriyentasiyası, gender kimliyi və ya fender ifadəsinin debata çıq olmadığı barədə aydın və birmənalı mesaj göndərəcəkdir," - deyə əlavə edib.
Mənbə: PinkNews
Powered by Froala Editor