Vəsiqələrdə üçüncü gender seçimini tətbiq edəcək
Cənubi Afrika şəxsiyyət vəsiqələrində üçüncü gender seçimini tətbiq edəcək
25/Apr/21
2368
Cənubi Afrika şəxsiyyət vəsiqələrində üçüncü gender seçimini tətbiq edəcək
Cənubi Afrika hökuməti qeyri-binar insanları daha yaxşı "yerləşdirmək" üçün milli şəxsiyyət vəsiqələrində üçüncü gender seçimi təklif etməyə borcludur.
Hər cənubi afrikalıya doğuşda 13 rəqəmli milli şəxsiyyət nömrəsi verilir, burada şəxsin irqini göstərən rəqəm ona qarşı dövlət tərəfindən necə davranılacağına qərar vermək üçündür və bu sistem Apartheid dövründə tətbiq edilib.
Artıq irqi göstərməyən kodda yenə də şəxsin doğum tarixi, vətəndaşlıq statusu və genderi barədə ətraflı məlumat verilir. Gender üçün kodda yalnız iki seçim var: kişi və qadın.
Cənubi Afrikada milli şəxsiyyət nömrələri seçici qeydiyyatı, pasport müraciəti, bank hesabı açmağa qədər hər şey üçün istifadə olunur.
Quartz Africa görə, təxminən 530,000 cənubi afrikalı özünü ikili olmayan (qeyri-binar) kimi təyin edir və genderinə uyğun olan vəsiqəsiz qalıb.
Ancaq ölkənin Daxili İşlər Departamenti indi bunu dəyişdirmək üçün LGBTİ+ icması ilə məsləhətləşmə planlaşdırıb.
Daxili İşlər Departamentinin siyasət və strategiya rəhbəri Sihle Mthiyane: “LGBTQ icmasını əhatə etmək üçün vəsiqə nömrəsi dəyişəcək,” - deyə təsdiqləyib.
Mənbə: PinkNews
Powered by Froala Editor