Bakıda trans kişiyə hücum olub
Mayın 30-u Bakının “Tarqovaya” adlanan ərazisində Herman adlı trans kişiyə fobik hücum olub. Bu haqda Minority Azerbaijan-a zərərçəkən şəxsin özü məlumat verib.
30/May/21
4851
Mayın 30-u Bakının “Tarqovaya” adlanan ərazisində Herman adlı trans kişiyə fobik hücum olub. Bu haqda Minority Azerbaijan-a zərərçəkən şəxsin özü məlumat verib.
Hermanın sözlərinə görə, hadisə gecə saatlarında baş verib. O, ənənəvi olaraq, şəhərin mərkəzində gecə yürüşünə çıxaraq, musiqi dinlədiyi zaman qəfildən naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs onun sol tərəfindən yumruq vurub və təhqir etməyə başlayıb.
Herman deyir ki, hücum edən şəxs onun geyimi və qulağındakı sırğa ilə bağlı təhqiramiz ifadələr işlədərək yumruqlamağa davam edib. Daha sonra zərərçəkən şəxs özünü xilas etməyə və evə qaçmağa nail olub.
Zərərçəkən şəxs fiziki xəsarətlərlə bağlı sabah xəstəxanaya müraciət edəcəyini bildirib. O, həmçinin baş verən hadisədən sonra psixoloji sarsıntı keçirtdiyini qeyd edib.
Hermanın saytımıza verdiyi məlumata görə, o, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına da müraciət etməyi düşünür.
Qeyd edək ki, ILGA Europe təşkilatının 2020-ci il hesabatına əsasən, Azərbaycan LGBTQ+ hüquqlarının vəziyyətinə görə Avropanın 49 ölkəsi arasında sonuncu yeri tutur.
Powered by Froala Editor