Qürur ayında həmrəylik
Bir neçə yerli qrup və təşkilat öz loqolarını Qürur ayı üçün Göy qurşağına boyayıb
03/Jun/21
3562
Qürur ayında həmrəylik
Bir neçə yerli qrup və təşkilat öz loqolarını Qürur ayı üçün Göy qurşağına boyayıb.
Egalite nəşriyyatı Twitter-də Göy qurşağı bayrağı paylaşaraq “Azad cəmiyyət bütün insanların qorxmadan fərqli ola biləcəyi bir yerdir”, deyə qeyd edib. 2021-ci ildən fəaliyyətə başlayan Egalite nəşriyyatı bədii və nəzəri ədəbiyyat nəşr etməyi planlaşdıran yeni nəşriyyatdır. İlk kitabları isə Ursula K. Le Quinin utopik 'Mülksüzlər' romanıdır.
Fem-Utopia platforması daq Qürur ayı boyunca yeni loqosunu təqdim edib. Həmrəylik loqosu Göy qurşağı bayrağına bürünüb. Fem-Utopia kollektivi Azərbaycan dilində feminist məzmunlu videokontentin yaradılmasını və feminist ideyaların daha geniş icmalara çatmasını qarşısına məqsəd qoyub.
FemKulis insanları qadın hüquqları, gender bərabərliyi mövzusunda maarifləndirməyi, Azərbaycan cəmiyyətinin "dəyər" anlayışını sorğulamağı məqsəd qoyur.
MİL Şəbəkəsi - MİL fəallıq, peşəkarlıq, azad düşüncə, dözümlülük və plüralizmi əsas dəyər kimi mənimsəmiş vətəndaş cəmiyyəti menecerləri yetişdirir.
Barış Akademiyası əlçatımlı sülh təhsili və insan hekayələri vasitəsilə sülhquruculuğu ilə məşğul olan icmanı ruhlandırmaq üçün Azərbaycanda sülh fəalları və peşəkarlar tərəfindən həyata keçirilən birgə təşəbbüsdür.
Powered by Froala Editor