Çili: eynicinsli evlilik haqqında qanunu layihəsi
Çili prezidenti eynicinsli evlilik haqqında qanun layihəsini irəli sürəcəyini vəd edib
03/Jun/21
2415
Çili prezidenti eynicinsli evlilik haqqında qanun layihəsini irəli sürəcəyini vəd edib
Çili prezidenti Sebastián Piñera illərdir parlamentdə tənəzzül edən eynicinsli evlilik qanun layihəsini qəbul etməyi hədəflədiyini söyləyib.
Hökumət 2015-ci ildə vətəndaş nikahını təqdim edib, lakin 2017-ci ildə ilk dəfə təqdim edilən eynicinsli evlilik haqqında qanun layihəsi bu günə qədər parlamentdən keçə bilməyib.
Reuters xəbər verir ki, iyunun 1-də millət vəkilləri qarşısında çıxış edən Piñera tarixən mühafizəkar olan ölkənin eynicinsli nikahları qanuniləşdirməsinin vaxtının gəldiyini söyləyib.
"Düşünürəm ki, sevmək və sevdiyin insanla ailə qurmaq azadlığı da daxil olmaqla, azadlığın dəyərini dərinləşdirməliyik", - deyə o bildirib.
“Bu azadlığı və ləyaqəti bütün insanlar üçün təmin etməyin vaxtı gəlib. Düşünürəm ki, ölkəmizdə eynicinsli nikahların vaxtı çatıb.”
O: "Seksual oriyentasiyasından asılı olmayaraq bütün insanlar ehtiyac duyduqları və layiq olduqları bütün qorunma və ləyaqətlə yaşaya, sevə və ailə qura biləcəklər," - deyə əlavə edib.
Powered by Froala Editor