Özbəkistanlı siyasətçi: 'Bu problemi həll etməliyik'
Özbəkistanlı siyasətçi bütün LGBT+ləri deportasiya etmək istəyir: 'Bu problemi həll etməliyik'
09/Jun/21
1792
Özbəkistanlı siyasətçi bütün LGBT+ləri deportasiya etmək istəyir: 'Bu problemi həll etməliyik'
Özbəkistanda br siyasətçi LGBTİ+ hüquqları ilə əlaqəli debatlarda bir həll yolu olaraq ölkədəki LGBTİ+lərin vətəndaşlıqdan çıxarılması və deportasiya edilməsi lazım olduğunu deyib.
Özbəkistan Milli Oyanış partiyasının lideri Alisher Kadyrov Alter Ego ilə etdiyi reportajda kuir insanların vətəndaşlıq hüquqlarının alınmasının digər ölkələri onlara sığınacaq təklif etməyə məcbur edəcəyini iddia edib.
EurasiaNet tərəfindən yayınlanan tərcüməyə görə, Kadyrov "Bu təklifi sosial şəbəkələrdə irəli sürdüyümdə 100-ə qədər LGBT fərd mənimlə əlaqəyə keçdi və söylədiklərimi qəbul etdi," - deyib.
“Onlar Özbəskitanı LGBT insanlara qarşı rəftarından dolayı qınayan ölkələrdən viza ala bilmədiklərini söylədilər.”
"LGBT insanlar zorakılıqla hədəf alınır, amma mən bunu dəstəkləmirəm. Bunun təxribat olduğuna inanıram", - deyə davam edib.
"Bu problemi həll etməliyik və mənim həll yolum beynəlxalq praktikadır. Hazırda deportasiyanı praktika edən 26 ölkə var. İran və Səudiyyə Ərəbistanında ölüm hökmü nəzərdə tuturlar."
Kadyrov deportasiya edilmə proqramının necə işləyəcəyi, ya da kuir insanların necə müəyyən olunub ölkəni tərk etmələrinin istənilə biləcəyi mövzusunda hər hansı bir məlumat verə bilməyib.
Powered by Froala Editor