NİDA LGBTİQ+lərə qarşı zorakılığı qınayıb
NİDA Vətəndaş Hərəkatı LGBTİQ+lərə qarşı zorakılığı qınayıb
09/Jun/21
2590
NİDA Vətəndaş Hərəkatı LGBTİQ+lərə qarşı zorakılığı qınayıb
Bu gün - 9 iyunda hərəkat özünün Facebook sosial şəbəkə hesabında etdiyi paylaşımda son günlər LGBTİQ+lərə qarşı törədilən zorakılıq aktlarına, eləcə də tibb işçilərinin onlara xidmət göstərməkdən imtina etməsinə diqqət ayırıb və aşağıdakı tələbləri irəli sürüb:
“Hər insanın öz orientasiyasında özünü ifadə etmə azadlığı tanınmalıdır.
Cinsi orientasiyasından asılı olayaraq hər bir insanın hüquqları qorunmalı və təminat altına alınmalıdır.
Cinsi orientasiya insanların yaşamaq, iş və söz azadlığı başda olmaqla insan hüquqlarından irəli gələn bütün hüquqlarının təmin olunmasına əngəl törətməməlidir.
Cinsi ayrıseçkilik başda olmaqla ayrıseçkiliyin istənilən forması qadağan olunmalıdır.
Cəmiyyətdə istər cinsi, istərsə də digər qruplara qarşı ayrıseçkilik edənlər, onlara fiziki və ya psixoloji təzyiq göstərənlər və oxşar davranış sərgiləyən şəxslər cəzalandırılmalıdır.”
Hərəkat eyni zamanda öz sosial şəbəkə hesablarında Qürur Ayı münasibətilə göy qurşağı loqosunu paylaşıb.
NİDA - Azərbaycan vətəndaşlarının Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik - hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial - iqtisadi dəyişikliklərin həyata keçirilməsi ideyası ətrafında birliyidir.
Powered by Froala Editor