Hindistanlı hakim konversiya terapiyasını qadağan edib və geniş miqyaslı LGBTİ+ qərarına "hörmət" tələb edib

Hindistanın Tamil Nadu regionu Ali Məhkəmənin LGBTİ+ hüquqları ilə əlaqəli geniş bir qərar verməsindən sonra ölkədə konversiya terapiyasını qadağan edən ilk bölgə olmağa hazırlaşır. 

Vacib qərar valideynləri tərəfindən axtarışa verildikdən sonra polisin təcavüzçü sualları ilə qarşı-qarşı qalan lezbiyan cütlüyün məhkəməsi zamanı açıqlanıb.

20 və 22 yaşlarında olan qadınlar valideynlərinin münasibətlərini qəbul etməmələri səbəbindən Maduradakı evlərindən qaçıb və Chennai şəhərinə köçüblər. Daha sonra Madras Ali Məhkəməsində itkin düşmüş şəxslərin istintaqının dayandırılmasını istəyən iş qaldırıblar. 

Hakim N Anand Venkatesh 7 iyunda verdiyi qərarda cütlüyün işinin “ictimaiyyətin gözündə damğalanmanı aradan qaldırmağı və qəbul etməyi tələb edən vacib bir məsələni ortaya qoyduğunu” soyləyib. 

Hakim Venkatesh cütlüyün lehinə qərar verib və Tamil Nadu regionunda LGBTİ+lərin həyatlarını asanlaşdıracaq çoxlu sayda islahat tövsiyə edib.

Məhkəmə sənədlərində Venkatesh LGBTİ+ icması haqqında öz önyarğılarının öhdəsindən gəlmək üçün çalışdığını etiraf edib. O, nəticələrə gəlmək üçün psixoloq və eyni zamanda həkim olan trans qadınla məsləhətləşdiyini söyləyib. 

Venkatesh öz araşdırmasına əsaslanaraq, razılıqlı münasibətdə olduqları müəyyən edildiyində polisin LGBTİ+lərə istiqamətlənmiş itkin düşmüş şəxs araşdırılmarından imtina etməli olduğuna qərar verib. 

Bununla yanaşı, o, Sosial Ədalət və Gücləndirmə Nazirliyinə öz veb səhifələrində LGBTİ+ təşkilatlarının siyahısının yerləşdirilməsi və transların "ləyaqətli və hörmətli həyat" yaşaya bilmələri üçün evsizlər sığınacaqlarında "uyğun dəyişiklilər" etmələrini əmr edib. 



Powered by Froala Editor