Trans qadın xəstəxanadan yoxa çıxdıqdan sonra ölü tapılıb. Səlahiyyətlilərin təbil çalması 7 həftə çəkib

Aprel ayından bəri itkin düşmüş 65 yaşlı trans qadın Dimitris Kalogiannis Yunanıstanda ölü tapılıb. 

Kalogiannis aprelin 6-sı yoxa çıxıb, lakin səlahiyyətlilərin itkin düşmüş yaşlılar üçün yunan erkən xəbərdarlıq sistemi olan "gümüş təbili" yayınlaması tam yeddi həftə çəkib. 

Greek Reporter-in verdiyi məlumata görə, Yunanıstan polisi qadının psixiatrik xəstəxanadan yoxa çıxması səbəbilə prosesi dondurub. 

Təəssüflər olsun ki, Dimitris ölü tapılıb. Cəsədin qardaşı tərəfindən 10 iyunda tanındığı bildirilib.

Kalogiannis keçən il özü haqqında sənədli film çəkərkən kuir film rejissoru Tzeli Hadjidimitriou-ya Lezbos adasında qatı dindar ailədə böyüdüyünü söyləyib. 

Kiçik yaşlarından trans olduğunu bildiyini, lakin ailəsinə qadın olduğunu dediyində onu bir aylığına psixiatrik xəstəxanaya göndərdiklərini söyləyib. 

Sərbəst buraxıldıqdan sonra ona dərman müalicəsinə davam etməyinin vacib olduğu bildirilib. O, dərman qəbulunu rədd etsə də, ailəsi dərmanları yeməyinin içində gizlətməyi qərar alıb. 

20 yaşlarında Kalogiannis beş illik müddətə Afinaya qaçıb. Anası xəstələndikdə o, Lezbosa qayıdıb və sonrakı 25 il boyunca anasına qulluq edib. O, anasının ölümündən sonra "tamamilə azad" hiss etdiyini bildirib.

2015-ci ildə Kalogiannis qayıqları Lezbosa gələn miqrantlara kömək etməsi ilə tanınıb. 

Lakin psixi sağlamlığına görə son illərdə əziyyət çəkib. 2020-ci ilin dekabr ayında bir qrup gəncin evinə girib onu alçaltması, lentə alaraq internetə yükləməsi səbəbilə vəziyyəti daha da pisləşib. 

Dimitris itkin düşdüyü ərəfələrdə Dromokaitio psixiatrik klinikasında pasiyent olub.

Ahıllar üçün LGBTİ+ təşkilatı olan Proud Seniors Greece Greek Reporter-ə "Dromokaitio-da cavabdeh olan insanların böyük məsuliyyəti olduğuna inanırıq," deyib. 

Dimitris qadın olaraq açıq şəkildə yaşadığı bir halda ənənəvi kişi adını heç vaxt dəyişməyib.

O, Hadjidimitiou-ya: "Adımın Dimitris olduğunu deyirəm. Nə deməliyəm ki? Dimitra? Fərqi etmir. Necə istəyirsinizsə, adlandırın, amma qızılgül həmişə elə qızılgüldür," - deyib.



Powered by Froala Editor