Polis göy qurşağı Qürur keçidinin quraşdırılmasından bir gün sonra silinməsini əmr edib

Finlandiyanın Turku şəhərində polis göy qurşağı Qürur keçidinin rənglənməsindən cəmi bir gün sonra silinməsini əmr edib.

YLE-nin məlumatlına görə, 8 iyun Turku Şəhər Teatrının Qürur ayını qeyd etmək üçün həyata keçirdiyi layihə çərçivəsində göy qurşağı piyada keçidi açılıb. 

Açılış zamanı Turku şəhərinin kommunikasiya direktoru Saara Malila açıqlamasında: "Müəyyən günlərdə göy qurşağı bayrağının dalğalanması ani bir kommunikasiya rolunu oynayır," - deyə bildirib.

“Küçələrdə boyanan göy qurşağı rəngləri şəhərin hər zaman hər kəs üçün bərabər və açıq olduğunu xatırladır.”

Lakin cəmi bir gün sonra Finlandliya Milli Polis İdarəsi keçidin, əslində, qanunsuz olduğuna qərar verib və silinməsini əmr edib. 

Polis göy qurşağı Qürur keçidinin ölkənin Yol Nəqliyyat Qanununu pozduğunu, rənglərin piyadaların keçidi üçün təhlükə olacağını israrla iddia edib. 

Bununla belə, şəhər meriyası bu qanunu nəzərdən keçirib və keçidi tamamilə təhlükəsiz hesab edib. Səbəb qanunla keçidi işarələmək üçün ya ağ xətlərin, ya yol nişanının, ya da hər ikisinin tələb olunmasıdır.

Finlandiyada qar örtüyü riski olduğundan yol nişanları keçidləri işarələmək üçün istifadə olunur. 

Ancaq şəhər meriyası açıqlamasında: "Meriya Polis İdarəsinin bu mövzuda mövqeyinə əməl edəcək və boyanı ən qısa müddətdə təmizləyəcək və təhlükəsiz keçidi bildiriən ağ xətləri bərpa edəcək," - deyə bildirib. 

Silinməsi və yenidən rənglənməsi üçün iş əmri artıq verilib.

Bu açıqlamadan dərhal sonra təzyiqli yuyucularla göy qurşağı rənglərini təmizləyən işçiləri görmək mümkün olub. 


Buna cavab olaraq, yerli LGBTİ+ icması və müttəfiqlər keçid yaxınlığındakı səkiləri göy qurşağı əsərləri ilə bəzəməyə başlayıb.



Yerlilərdən biri Twitter-də: "Bərabərlik tərəfindəsən? Müzakirə yaratmaq kifayət deyil, hərəkətə keçmək lazımdır," - deyə qeyd edib. 



Powered by Froala Editor