Qürur bayrağını dalğalandırdığı üçün işgəncə ilə qarşılaşan misirli aktivist Sara Hegazy-in faciəvi ölümünün bir illiyinə təsirli ithaflar

Ərəb LGBTİ+ icması builki Qürur ayını Qürur bayrağını dalğalandırdığı üçün işgəncə gördükdən sonra intihar edən misirli aktivist Sara Hegazy-ə ithaf edib.

Hegazy Misir səlahiyyətliləri tərəfindən həbs edilməsi, işgəncə və psixoloji zorakılıqdan sonra PTSD (post-travmaktik stress pozuntusu) və depressiya ilə mübarizə apararaq 2020-ci il iyun ayında həyatına son qoyub. 

Onun faciəvi ölümü dünyanın hər tərəfindən olan LGBTİ+ləri hərəkətə gətirib, Beyrutdan Berlinə qədər aktivistlər onun mübarizəsini vurğulamaq üçün Misir səfirlikləri qarşısında şam işığında gecə söhbətləri təşkil ediblər.

Bir il sonra Misir və Tunisdə bir qrup lezbiyan və kuir feministin onun adına ilk MENA (Yaxın Şərq və Şimali Afrika) Lezbiyan və Kuir Qadınlar Qürur Gününü başlamasıyla Hegazy-nin xatirəsi yaşamağa davam edir.

39 hərəkat və təşkilat tərəfindən imzalanan ortaq bəyanatda "Bu gün Sara Hegazy-ni və bu yolda itirdiyimiz bütün qadın döyüşçüləri xatırlayaq," - deyə qeyd edilib.

Milyonlarla lezbiyan, kuir, trans, seks işçisi, ağ olmayan qadınlar, qaçqınlar, miqrantlar, sığortasız işçilər, bərabər imkanlardan məhrum olunmuş maaşsız evdar qadınlar, uşaqlarının qayğısına qalan kuir analar və ictimai basqı səbəbilə heteroseksual evliliyə məcbur edilənlərlə həmrəy olaq!

Sənə "Bu gün sənin günündür!" deyirik.

Qruplar bundan sonra Hegazy-nin ölümünün il dönümü olan 13 iyunu Ərəb dünyasında lezbiyan və kuir qadınların hər il Qürur günü olaraq qeyd edəcək



Powered by Froala Editor