Macarıstan uşaqların LGBTİ+lər haqqında öyrənməsini qadağan etmək üçün tükürpədici təklif edib

Macarıstan millət vəkilləri LGBTİ+lərin uşaqlara "təbliği" adlandırılan qanuni qadağanı nəzərdən keçirib.

Təklif edilən qadağa pedofiliyanın cəzalandırılması ilə əlaqəli qanun layihəsinə edilən düzəliş olub, anti-LGBTİ+ olan hazırki baş nazir Viktor Orban liderliyi ilə iqtidar Fidesz partiyası tərəfindən 10 iyun günü məclisə təklif edilib. 

Gələn həftə Macarıstan parlamentində səsverməyə çıxarılacaq qanun layihəsi  uşaq pornoqrafiyasını nümayiş etdirməyi qadağan edən eyni qanuna əsasən yetkinlik yaşına çatmayanlara gey və trans olmağı "təşviq edən" materialların göstərilməsini qanunsuz edəcək.

Reuters agentliyinə əsasən, təklif edilən qanun reklamlar üçün keçərli olacaq. Qanun habelə məktəblərdə seksual təhsil dərsləri verməsinə icazə verilən təsdiqlənmiş təşkilatların siyahısının tərtib olunmasını tövsiyə edir. 

Macar LGBTİ+ hüquqları təşkilatı Háttér Társaság qanuna dəyişikliyi Rusiyanın "gey propaqandası" qanununa bənzədib.

Bəyanatda deyilir: "Fidesz Rusiya propaqanda qanununa bənzər yeni təklifi ilə söz azadlığı və uşaq hüquqlarını ciddi şəkildə məhdudlaşdıracaq... Macar LGBTİ+lərinin 42 faizi intihar haqqında düşünüb və hətta 30 faizi intihara cəhd edib."

"Bu hərəkət LGBTİ+ gənclərin ruhi sağlamlığını təhlükəyə atır və onların informasiyaya və pozitiv dəstəyə vaxtında, preventiv şəkildə çatmasını əngəlləyir," - deyə qeyd edilib. 

Qanun layihəsi Orban və partiyasının Macarıstanda LGBTİ+ icmasına qarşı uzunmüddətli hücumlarının sonuncusudur. 



Powered by Froala Editor