Eko-feminist Festival açılış konfransı

Femiskopun təşkil etdiyi Eko-feminist festival iyulun 1-i tanınmış sənətçi, kurator və araşdırmaçıların iştirakı ilə başlayır. Spikerlər praktikaları, ətraf-mühit mövzulu iş təcrübələri, onların genderlə əlaqələri və texnologiyanın Antroposendə rolu haqqında danışacaqlar. 

Konfrans onlayn şəkildə olacaq, iştirak etmək üçün linkə keçid edə və ya Femiskopun İnstagram hesabından ətraflı məlumat ala bilərsiniz. 

Kollektiv bu festival vasitəsilə gender, ətraf mühit və indiki dövrdə onların ayrılmaz hissəsi olan texnologiya mövzuları üzərində müzakirələr aparmağı və kontent yaratmağı hədəf qoyub.

Femiskop podkast, yazı və vizual formatda feminist kontent yaradan platformadır və kollektiv şəklində fəaliyyət göstərir.

Powered by Froala Editor