LGBTİ+lərin veqan piknikinə ikinci qadağa
29-cu İstanbul LGBTİ+ Qürur Həftəsi fəaliyyətləri çərçivəsində keçiriləcək veqan piknik ikinci dəfə qadağa edilib
22/Jun/21
2845
LGBTİ+lərin veqan piknikinə ikinci qadağa
29-cu İstanbul LGBTİ+ Qürur Həftəsi fəaliyyətləri çərçivəsində keçiriləcək veqan piknik ikinci dəfə qadağa edilib.
Tədbirdən bir neçə saat əvvəl Maçka parkı polis tərəfindən mühasirəyə alınıb. Komitə qadağaya baxmayaraq tədbiri keçirəcəklərini açıqlayıb.
Qürur Həftəsi tədbirləri çərçivəsində keçirilməsi nəzərdə tutulan veqan piknik ikinci dəfə qadağan edilib.
Bu gün Heybeliadada keçirilməsi planlaşdırılan piknik polisin məkan sahibini təhdid etməsindən sonra əngəllənib. 29-cu İstanbul LGBTİ+ Qürur Həftəsi Komitəsi pikniki Beşiktaşdakı Maçka parkına yerli vaxtla saat 17:00-a təxirə salıb.
Tədbirdən əvvəl parkın ətrafı polis tərəfindən mühasirəyə alınıb. 29-cu İstanbul Qürur Həftəsi Komitəsinin sosial mediada etdiyi paylaşımda "Şişlidən gələn məmurlar da adalıları təqlid edərək piknikimizi qadağan edib. Bu azmış kimi 30 gün ərzində Şişlidə planlaşdırdığımız bütün fəaliyyətləri qadağan ediblər." ifadələri yer alıb.
Powered by Froala Editor