Malayziyadan qəddar qanunlar
Malayziya "LGBT+ həyat tərzini təbliğ" edənləri şəriət qanunları ilə cəzalandırmaq istəyir.
25/Jun/21
2427
Malayziya "LGBT+ həyat tərzini təbliğ" edənləri şəriət qanunları ilə cəzalandırmaq istəyir
Malayziyada hökumət işçi qrupu insanların sosial mediada "LGBT həyat tərzini təbliğ etməni" qadağan edəcək şərait qanununa qorxulu dəyişiliklər edib.
Reuters-in bildirdiyinə görə, Malayziyada kolonial dövrdən qalmış qadağa altında gey seks onsuz da qadağandır və LGBTİ+lər davamlı olaraq ayrı-seçkiliyə məruz qalırlar - lakin İslam hüququnda təklif edilən dəyişikliklər ölkəni kuir sakinlər üçün daha da əzici bir yerə çevirə bilər.
Dini İşlər Naziri Ahmad Marzuk sosial mediada Qürur Ayını bayram edən paylaşımların dolub-daşmasından sonra hökumət işçi qrupundan yeni, daha ciddi qanunları fikirləşməsinin istəndiyini söyləyib.
Hökumət işçi qrupunun tövsiyələri tətbiq olunarsa, sosial mediada LGBTİ+ həyat tərzini "təbliğ edənlər" və onlayn İslama "həqarət edənlər" şəriət qanunlarına görə cəzalana bilər.
Marzuk etdiyi açıqlamada: "bəzi partiyaların LGBT həyat tərzini təbliğ etmək cəhdlərində sosial mediada İslamı təhqir edən status və qrafik təsvirlərin yükləndiyini müəyyən etmişik," - deyə qeyd edib.
Malayziya internetdə "İslam dinini təhqir edənləri" cəzalandırmaq üçün hərəkətə keçib.
O, təklif edilən qanun dəyişikliyinin səlahiyyətliləri "İslam dinini təhqir edən" müsəlmanlara və "sosial şəbəkələr, şəbəkə xidmətləri və ya tətbiqetmə xidmətləri istifadə edərək" cinayət törədənlərə qarşı hərəkətə keçməsinə icazə verəcəyini söyləyib.
Powered by Froala Editor