Polis İstanbul Qürur Yürüşünə bibər qazı, rezin mərmi ilə "vəhşicəsinə hücum" edib

Türkiyə polisi qadağan olunmuş İstanbul Qürur Yürüşünə gözyaşardıcı qaz və plastik mərmilərlə "vəhşicəsinə hücum" edib və ən azı 20 nəfəri saxlayıb. 

İstanbul Qürur Yürüşü səlahiyyətlilər tərəfindən yeddi ildir dalbadal qadağan edilib. Hər il koronavirus pandemiyası səbəbilə 2020-ci ili çıxmaqla, etirazçılar həmişə tətbiq edilən polis zorakılığı təhdidinə baxmayaraq yenə də həmrəylik üçün toplanıb. 

The Washington Post-un xəbərinə görə, 26 iyun şənbə günü yüzlərlə LGBTİ+ İstanbulun tarixi Beyoğlu ərazisində "göy qurşağı cinayət deyil, ayrı-seçkilik cinayətdir" sloqanları ilə yürüş edib. 

Lakin sosial mediada paylaşılan video və şəkillərdə polisin dinc yürüşə gətirilən qiyam təchizatı, yürüşə gedənlərə rezin güllə və gözyaşardıcı qaz istifadə edərək və zorakılıq göstərərək iştirakçıları saxladığı görülüb. 

Fəallar hər il daha da şiddətlənən polis müdaxiləsini qınayıb. 

Vətəndaş Hüquq Müdafiəçiləri (Civil Rights Defenders) təşkilatı Twitter hesabında "dəhşətli səhnələrin" videosunu paylaşaraq "İstanbul Qürur Yürüşünün son anda qadağan edilməsinə baxmayaraq polis dinc LGBTİ+ aktivistlərinə vəhşicəsinə hücum edib," - deyə yazıb. 

İstanbul Qürur Yürüşü yürüşdən əvvəl Facebook hesablarında bunları qeyd edib: "Biz LGBTİ+lər, qadınlar, işçilər, kürdlər və tələbələr olaraq dövlətin bizə qarşı bütün hücumlarına qarşı birlikdə durmağa qərarlıyıq."


“Biz birlikdə təşkilatlanacağıq, küçədə birlikdə qışqıracağıq, yenə parti təşkil edəcəyik, təhlükəsiz ərazilərimizi birlikdə qoruyub böyüdəcəyik.”

"Çünki bilirik ki, bütün qadağaların, hücumların, maneələrin, [bizi] görməzdən gəlmə çabalarının arxasında qorxu var!"



Powered by Froala Editor