Yaponiyanın Çiba şəhəri eynicinsli cütlüklərin münasibətlərini qanuni tanımağa başlayıb. Bir milyon əhalisi olan Çiba Yapon qəzeti “The Mainichi”nin yaydığı məlumata görə, dörd eynicinsli cütlüyə şəhadətnamə vermişdir. Sənədlər partnyorlara evli insanların istifadə etdiyi bir çox hüquqları, məsələn, bir cütlük kimi ictimai mənzil üçün müraciət etmək və sevdiklərini xəstəxanada ziyarət etmək kimi imkanları verəcəkdir. 

Artıq bir çox şəhər və bələdiyyə eynicinsli evliliklərin qanuni olmadığı Yaponiyada eynicinsli nikahların qeydiyyatını həyata keçirmək üçün hərəkətə keçib. Çiba şəhərində keçirilən mərasimə bələdiyyə başçısı Toşihito Kumaqai ev sahibliyi edib. O, kvir cütlüyə: “Daha yaxşı partnyor olmağınız üçün sizə xoşbəxtlik arzu edirəm” - deyib. 

Şəhadətnamələrə uyğun olmaq üçün cütlüklər ən azı 20 yaşında və subay olmalı, Tokionun şərqində yerləşən Çibada yaşamalı, ya da ora köçməyi planlamalıdır. 


Mərasim iştirakçılarından biri Ryuta Yanase Yaponiyanın “The Asahi Shimbun” qəzetinə müsahibəsində partnyoru Satoru İto ilə birlikdə qanun dəyişikliyi xəbərini aldıqdan sonra yaxınlıqdakı Funabaşi şəhərindən köçdüyünü demişdir. 

56 yaşlı Yanase, özü və 65 yaşlı partnyorunun qanun tərəfindən tanınmasından məmnunluq hissi yaşayır. 

“Belə bir sistemə həsrət idim və mən indi xoşbəxtəm. Ümid edirəm ki, bu cəmiyyət LGBTQ fərdlərinə qarşı ədalətli davranıldığı bir yerə çevriləcək.”

Yaponiya eyncinsli cütlüklərin hüquqları sahəsində inkişaf edir. Çiba Fukuokanın keçən il hüquqi tanınmanı təsis etməsindən sonra, kvir partnyorları leqal tanıyan son böyük şəhərdir. 1,5 milyon əhalisi olan Fukuoka Sapporonun 2017-ci ildə eynicinsli partnyorluğun hüquqi tanınmasını təklif etdikdən sonra, Yaponiyada eynicinsli cütlüklərin tanınmasına nail olmuş ikinci ən böyük yer idi. Sapporo həm də ən azı bir qeyri-binar şəxslə qurulmuş münasibətləri də tanıyır. Ən azı 11 eynicinsli cütlük nikahlarını qanuniləşdirmək üçün gələn ay Yapon hökumətini məhkəməyə verməyə hazırlaşır.

Birgə iddia Naqoya, Osaka, Sapporo və Tokiodakı dörd məhkəmədə qaldırılacaq. İddiaya görə, Yaponiyada eynicinsli cütlüklərin ölkədə evlənə bilməməsi onların konstitusion hüququ olan bərabərlik və nikah azadlığı hüquqlarını pozur. İddiaçıların vəkilləri bu məhkəmə işinin Yaponiyada eynicinsli nikah hüququnun tanınmasını tələb edən ilk iş olduğunu qeyd ediblər. “The Asahi Shimbun”un verdiyi məlumata görə, Ai Nakajima və Kristina Bauman fevral ayının ortalarında inqilabi ortaq məhkəmə iddiası təqdim etməyi planlayan cütlüklərdəndir. 

Yokohamada Bauman ilə birlikdə yaşayan Nakajima:

“Yaponiyada hələ də eynicinsli cütlüklərin nikaha girə bilmədiyi bir gerçəkliklə üz-üzəyik” - deyə qeyd etmişdir. “Biz hazırki vəziyyətə bizdən başqa bir çox seksual azlığa köməklik edəcək məhkəmə iddiası ilə etiraz edirik!”

Mənbə: Pink News