UEFA Macarıstanda Euro 2020 oyunu üçün sahə kənarlarında göy qurşağı reklamını təsdiq edib

UEFA Münhendə göy qurşağı işıqlarını qadağan etməsinə baxmayaraq, Macarıstanda Euro 2020 oyunu üçün sahə kənarlarında göy qurşağı reklamını təsdiq edib.

UEFA Münhendə Allianz Arenada göy qurşağı işıqlarının qadağan etməsinə baxmayaraq, Macarıstan da daxil olmaqla, bütün Euro 2020-in 16 oyunu üçün sahə kənarlarında göy qurşağı Qürur reklamını təsdiqləyib.


Bu ayın əvvəlində UEFA Almaniya - Macarıstan Euro 2020 oyunu üçün Münhendə Alliazn Arenanın göy qurşağı rənglərində işıqlanmasına mane olub. 

UEFA Macarıstanın LGBTİ+ məsələlərinin "təbliğ edilməsini" qadağan edən qanununa qarşı bir açıqlama ola biləcək işıqların çox "siyasi" olduğunu söyləyib. 

The Athletic-in verdiyi məlumata görə, indi futbol inzibati orqanı (UEFA) Macarıstanın Budapeşt şəhərində keçiriləcək Hollandiya-Çexiya oyunu da daxil olmaqla, Euro 2020 turnirindəki 16-ci turun səkkiz oyunun hamısı üçün meydança kənarında göy qurşağı reklamlarını təsdiqləyib. 

Booking.com, Volkswagen, Heineken ve JustEat də daxil olmaqla, oyunlarda reklam verən sponsorların çoxu Qürur ayı üçün göy qurşağı rənglərində reklamlar hazırlayıb. 

UEFA etdiyi açıqlamada bunları deyib: “Hər partnyor öz mesajlarına, sənət əsərlərinə və fəaliyyətlərinə qərar verə bilər və tolerantlıq və inklüzivlik mesajı çatdırma qərarları UEFA tərəfindən tamamilə dəstəklənir.”

Futbol fanatları qərar barədə çaşqınlıq yaşayıb və UEFA-nı yalnız gəlir əldə etmək məqsədilə LGBTİ+ hüquqlarının simvolunu dəstəkləməkdə ittiham edib.



Powered by Froala Editor