ILGA-Avropa, NHC, CRD və RFSL-in birgə bəyanatı
Beynəlxalq insan hüquqları təşkilatları Azərbaycanda LGBTİ+lərə qarşı olan hücumların ədalətli araşdırılmasına dair hökumətə bəyanatla müraciət edib
08/Jul/21
2592
ILGA-Avropa, NHC, CRD və RFSL-in birgə bəyanatı
Beynəlxalq insan hüquqları təşkilatları olan İLGA-Avropa, Norveç Helsinki Komitəsi, Vətəndaş Hüquqları Müdafiəçiləri (CRD) və RFSL may və iyun aylarında Azərbaycanda LGBTİ+lərə qarşı olan hücumların ədalətli araşdırılmasına dair hökumətə bəyanatla müraciət edib.
Bəyanatda son bir neçə həftədə ölkədə LGBTİ+ icmasına qarşı ard-arda hücumlar pislənib və təşkilatlar şikayətlərin hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən adekvat şəkildə həll edilməməsindən və cavabsızlığın homofobik və transfobik zorakılığa görə cəzasızlıq mühitini təşviq etməsindən və cinayətkarların LGBTİ+lərə daha çox hücum etməkdə cəsarətli olduqlarını düşünmələrindən narahatlıqlarını ifadə ediblər.
“Son hadisələr polisə şikayət olunsa də, araşdırma başlanılmayıb.”
Bu bəyanatla beynəlxalq insan hüquqları təşkilatları “Azərbaycan hakimiyyətini son zamanlarda baş verən nifrət cinayət hadisələrini birmənalı şəkildə ictimai qınamasına və cavabdeh olanların operativ, hərtərəfli, qərəzsiz və müstəqil araşdırmalarla məsuliyyətə cəlb olunmasına” çağırıb.
“Zorakılıq və nifrət cinayətlərinin sayının artmasının, LGBTİ+ icması daxilində dövlət qurumlarına qarşı güvənsizliyin qarşısını almaq və beynəlxalq insan hüquqları öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün Azərbaycan LGBTİ+fobik zorakılığa və LGBTİ+ icması daxilində hakim olan qorxu mühitinə qarşı təcili tədbirlər görməlidir,” - deyə bəyanatda qeyd edilib.
Powered by Froala Editor