Sloveniya: göy qurşağı etirazı
Sloveniyalı aktivistlər Macarıstan və Polşa baş nazirlərini meydan oxuyan göy qurşağı etirazı ilə qarşılayıb
12/Jul/21
2297
Sloveniyalı aktivistlər Macarıstan və Polşa baş nazirlərini meydan oxuyan göy qurşağı etirazı ilə qarşılayıb
Sloveniyada LGBTİ+ aktivistlər Macarıstan və Polşa baş nazirlərini meydan oxuyan göy qurşağı etirazı ilə qarşılayıb.
Forbidden Colours (Qadağan olunmuş rənglər) LGBTİ+ aktivist və qeyri-kommersiya təşkilatının icraçı direktoru Rémy Bonny 9 iyul Twitter-də cəsur aksiyanın görüntülərini paylaşıb. Götüntülər məşğul maşın yolu və səkilərin qarşısında hasara dolanmış fərqli LGBTİ+ Qürur bayraqlarını əks etdirib.
Bonny "Sloveniyalı LGBTİQ təşkilatları Sloveniyaya səfərləri ərəfəsində Macarıstan və Polşa baş nazirlərinə göy qurşağı rəngində qarşılama hazırlayıb," - deyə qeyd edib.
“Görüşlərin keçirildiyi yerin əsas girişinin düz qarşısındakı hasar göy qurşağı bayraqları ilə örtülüb.”
“Sloveniya əladır!”
Etiraz Sloveniya və Polşanın LGBTİ+ hüquqları məsələsində digər Avropa Birliyi (AB) ölkələri ilə qarşıdurmada Macarıstanın tərəfinə keçməsindən sonra baş verib. Keçən ay Macarıstan LGBTİ+lərin mediada, məktəb materialları və azyaşlılara ünvanlanmış reklamlar üzərində müzakirəsini qadağan edən qanun layihəsini təsdiq edib.
Sloveniyadakı LGBTİ+ etirazı bir nəfərin Macarıstan və Polşa baş nazirlərinin mənzərədən həzz almasını ümid etdiyini söyləməsi ilə internetdə geniş miqyasda təriflənib.
Powered by Froala Editor