İnsan hüquqları qrupları gözəl reklam lövhəsinin "köməyi" ilə Türkiyədə gizlin göy qurşağı bayrağı dalğalandırıb 

Türkiyədə altı QHT ölkənin homofobiyasına meydan oxuyaraq fərdi reklam lövhələrindən Qürur bayrağı yaradaraq göy qurşağı "qırmaq" üçün güclərini birləşdirib.

Amnesty International, Greenpeace, Mor Çatı Kadın Sığınağı Vakfı, Eşit Hakları İzleme Derneği, Hayata Destek Derneği ve Change.org bir araya gələrək İstanbulun Bebek, İzmirin Çeşme bölgələrində cəsarətli bir bəyanatla çıxış edib. 

Qruplar ortaq bəyanatda "Fərqli rənglərimizlə bir arada olmaqdan qürur duyuruq" deyib. "Bir-birimizə dəstək olduğumuzda göy qurşağı kimi rəngbərəng, bərabər, azad və güclüyük."

Hər lövhədə Qürur bayrağının altı rəngindən biri və qrupların fərdi ismarıcları “Rainbow hack” heşteqi ilə sosial mediada paylaşılıb. 

Amnesty International təşkilatının lövhəsində "Hüquqlar cəhətdən bütün insanlar azad və bərabər doğulur," yazılıb. Greenpeace-in lövhəsində "Hamımız birlikdə dünya üçün" qeyd edilib, Eşit Hakları İzleme Derneği isə "Ayrı-seçkiliyə göz yummayın" deyib.




Powered by Froala Editor