Rusiyanın eynicinsli evlilik qadağası hüquq pozuntusudur
Üst məhkəmə Rusiyanın aşağılayıcı eynicinsli evlilik qadağasının insan hüquqlarının pozulması olduğuna qərar verib
14/Jul/21
2914
Üst məhkəmə Rusiyanın aşağılayıcı eynicinsli evlilik qadağasının insan hüquqlarının pozulması olduğuna qərar verib
Avropanın ən üst məhkəməsi Rusiyanın eynicinsli birlikləri qadağasının insan hüquqlarının pozulması olduğuna qərar verib və ölkəni eynicinsli cütlükləri tanımaq üçün hüquqi çərçivə yaratmağa məcbur edib.
Qərar üç eynicinsli cütlüyün Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etməsindən təxminən on il sonra gəlib. Cütlüklərin hamısının evlənmə müraciətləri Rusiyada yerli qeydiyyat şöbələri tərəfindən rədd edilib.
Məhkəmə 13 iyulda Rusiyanın Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə eynicinsli cütlüklərin münasibətlərinin "yerli hüquq çərçivəsində tanınması və qorunmasını" təmin edərək "müraciət edənlərin özəl və ailə həyatına hörmət göstərilməsini" təmin etmə öhdəliyinin olduğuna qərar verib.
Məhkəmə 8-ci maddənin Avropa Şurası üzvlərininə eynicinsli evlilikləri "rəsmi qəbul etmə öhdəliyi" gətirmədiyini qəbul edib.
Bununla belə, o, "eynicinsli cütlüklərin maraqları ilə tam olaraq icma arasında adələtli bir balansın" vacibliyini söyləyib.
Məhkəmə "8-ci maddədə yer alan hüquqların effektiv şəkildə istifadə olunmasını təmin edən hüquqi çərçivənin yaradılmasına yönəlmiş pozitiv öhdəlik olduğunu" qeyd edib.
Avropa İnsan Hüquqları Məhkəməsi hökumətin "Rusiyalıların əksəriyyəti eynicinsli birlikləri qəbul etməməsi" iddiasını rədd edib. Hökumət "icmanın maraqlarının" eynicinsli cütlüklərin münasibətlərini hüquqi olaraq tanımaqları üçün "fürsət əskikliyini" potensial olaraq haqlı çıxardığını müdafiə edib.
Lakin məhkəmə "bir azlığın hüquqlara çıxışının çoxluğun qəbul etməsinə bağlı olmadığını" söyləyib. Eynicinsli cütlüklərə münasibətlərinin rəsmi olaraq tanınmasının "Rusiyada hökmranlıq edən ənənəvi evlilik anlayışı" ilə konflikt yaratmadığını da əlavə edib.
Powered by Froala Editor