AB: Macarıstan və Polşaya qarşı hüquqi iş
AB LGBTİ+ hüquqlarının təməl pozuntuları səbəbilə Macarıstan və Polşaya qarşı hüquqi iş başladıb
16/Jul/21
2950
AB LGBTİ+ hüquqlarının təməl pozuntuları səbəbilə Macarıstan və Polşaya qarşı hüquqi iş başladıb
Avropa Birliyi Macarıstan və Polşaya qarşı anti-LGBTİ+ qanunları səbəbilə hüquqi iş başladıb.
Macarıstan LGBTİ+ həyatlarının məktəblərdə, reklam və mediada azyaşlılara təbliğ edilməsini qadağan edən qanunu qəbul etməsindən sonra Avropa Birliyi (AB) tərəfindən geniş miqyaslı qınama ilə qarşı-qarşıya qalıb. Polşada 100-dən çox bölgə özlərini "LGBT-dən azad zona" elan edərək blokun sərt tənqidlərinə səbəb olub.
AB-in icraçı orqanı olan Avropa Kommissiyası 15 iyul "LGBTİQ insanların təməl hüquqlarının pozulması" səbəbilə hər iki ölkəyə qarşı da hərəkətə keçdiyini elan edib.
Kommissiya açıqlamasında Macarıstanın anti-LGBTİ+ qanunvericiliyinin bir sıra AB qanun və prinsiplərinə zidd olduğunu söyləyib. Qanunun "insan ləyaqətini, ifadə və informasiya azadlığını, şəxsi həyata hörmət hüququnu" və "ayrı-seçkiliyə məruz qalmama hüququnu" pozduğunu əlavə edib.
AB LGBTİ+ məzmunlu uşaq kitabının yayımlayıcısının ənənəvi gender rollarından sapma davranışı xəbərdarlığı daxil edilməsinin tələb etməsi barəsində Macarıstanı hədəf alıb.
Kommissiya Polşanın "guya 'LGBT-ideologiyasından azad zonalarının' təbiəti və təsiri ilə bağlı sorğuya tam və uyğun bir şəkildə cavab verməməsindən" sonra hərəkətə keçdiyini söyləyib.
AB rəsmiləri bu bəyanatların AB-in seksual oriyentasiya əsaslı ayrı-seçkiliyə məruz qalmama qanununu pozduğuna inandıqlarını bildiriblər.
Avropa Parlamentinin prezidenti Ursula von der Leyen bunları söyləyib: "Avropa cəmiyyətimizin bəzi hissələrinin damğalanmasına əsla icazə verməyəcək; istər kimi sevdikləri, istər yaşları, etnik mənsubiyyətləri, siyasi görüşləri, istərsə də dini inancları səbəbi ilə olsun."
Powered by Froala Editor