Olimpiada atletlərin sekslə məşğul olmasını əngəlləmək üçün anti-seks yataqlar dizayn etməyib

Olimpiya atletlərinə kartondan hazırlanmış anti-seks yataqlar verildiyi barədə söz-söhbət təkzib olunub. 

Həftə sonu Tokio Olimpiadası məsuliyyətlilərinin iki (və ya daha çox) insanın təzyiqi altında tamamilə çökəcək, atletlər üçün dözümsüz karton yataqlar dizayn etdiyinə dair söz-söhbət dolaşıb. 

Amerikalı 2016-ci il gümüş medalçısı Paul Chelimo yataqların atletlər arasındakı yaxınlığın qarşısını almaq üçün bir cəhd olduğunu tvitləyib. 

Mistik yataqlar sürətlə manşetlərdə çıxdıqdan sonra irlandiyalı gimnast Rhys McClenaghan yataqların sərt hərəkətlər altında çökəcəyi fikrini təkbaşına təkzib edib.

McClenaghan Olimpiya kəndində yatağın üstündə ayaq üstə duraraq: "Olimpiya oyunlarında bu günün yalan xəbərlər seriyasında anti-seks olması nəzərdə tutulan yataqlardır," - deyib. 

“Kartondan düzəldilib, bəli. Hər hansı ani hərəkət altında qırılmaları nəzərdə tutulub.” 

O, karton yatağın üstündə atlanıb-düşərək: "Yalan xəbərdir," - deyə təsdiq edib. 

Videoya üç milyona yaxın baxış olub və rəsmi Olimpiya Twitter səhifəsi tərəfindən retvit edilib. Onlar "mifi yalanladığı" üçün atletə təşəkkür ediblər.

Seksual gimnastikanın qarşısı almaq üçün dizayn olunmasalar da, karton yataqlar realdır. 

Tokio Olimpiadasının təkrar emala qatqısının bir hissəsi olaraq COVID-19 virusunun yayılmasından çox əvvəl planlanıb. 



Powered by Froala Editor