Macarıstan referendumu ‘beş sualı’ əhatə edəcək
Macarıstan LGBTİ+ və trans uşaqlar üçün 5 toksik sualdan ibarət olan referendum keçirəcək
21/Jul/21
3207
Macarıstan LGBTİ+ və trans uşaqlar üçün 5 toksik sualdan ibarət olan referendum keçirəcək
Macarıstanın ifrat sağçı baş naziri Viktor Orban AB ilə LGBTİ+ hüquqları məsələsində qızışan döyüşdə “uşaqları qorumaq” mövzusunda milli referendum elan edib.
Orban elanı 21 iyulda Avropa Kommissiyasının mübahisəli “LGBT+ propaqandası” qanunu ilə bağlı hüquqi ölçülər təhdidindən günlər sonra edib.
İfrat sağçı lider çağırışı “leqallaşdırılmış xuliqanlıq” hərəkəti adlandırdıqdan sonra AB rəhbərliyini səlahiyyətlərini sui-istifadə etməkdə və Macarıstana "hücum etməkdə" ittiham edərək gərginliyi artırıb.
Facebook videosunda o: "uşaqlarımızın gələcəyi təhlükədədir, bu səbəbdən bu mövzuya yer verə bilmərik," - deyib.
"Son həftələrdə Brüssel uşaqların qorunması qanunu səbəbilə Macarıstana açıq şəkildə hücum edib. Macar qanunları bağçalarda, məktəblərdə, televiziyada və reklamlarda seksual propaqandaya icazə vermir."
LGBTİ+lərin mediada, məktəb materiallarında və reklamlarda göstərilməsini qadağan edən diskriminativ qanunvericilik bir çox AB qanununa ziddir və Orban onu ləğv etməyi rədd edərsə, ağır sanksiyalarla qarşılaşa bilər.
Macarıstan referendumu ‘beş sualı’ əhatə edəcək.
Reuters xəbər verir ki, baş nazir planlaşdırılan referendumun nə vaxt keçiriləcəyini açıqlamayıb, lakin beş sualın daxil olacağını söyləyib.
Powered by Froala Editor