Ukrayna prezidentinin pəncərəsinin qarşısında baş tutacaq LGBTİ+ hüquqları üçün böyük reyv

Bu il ukraynalı aktivistlər Qürur Yürüşünü bir az fərqli etməyə qərar verib. 

30 iyul yeni əsası qoyulmuş QHT UkrainePride üzvləri Ukrayna prezidenti Vlodimir Zelenskinin ofisinin qarşısında böyük reyv təşkil etmək üçün səsgücləndiricilərini və mikşerlərini Kiyev boyunca daşıyacaqlar. 

Tədbir prezidentin məmləkəti Kryvyi Rih şəhərində Amnesty Ukrayna tərəfindən dəstəklənən uğurlu Qürur Yürüşündən bir neçə gün sonra irəli sürülüb. 

Bunların heç biri sadəcə kuir əyləncəsi və sərt elektro musiqi ilə əlaqəli deyil. Bu Qürur etirazlarının mərkəzində LGBTİ+ anti-diskriminasiya siyasətlərinin qəbul edilməsi və ölkədə nifrət cinayətlərinin ünvanlanması yer alıb. 

Göründüyü kimi, aktivistlərin prezident Zelenskinin bu hədəflərə doğru səy göstərdiyinə dair ümidi yoxdur.

Prezidentlik kampaniyasında proqressiv siyasətdən bəhs etməsinə baxmayaraq, LGBTİ+ hüquqları sahəsində nailiyyətlər gözlənildiyi qədər irəliləməyib. 

Zelenski öz partiyası daxilində təklif edilən “gey propaqanda qanununun” dəstəyinə qarşı çıxmaqda uğursuz olmaqda qalmayıb, insan hüquqları təşkilatları da ifrat sağçı partiyalar tərəfindən LGBTİ+lərə qarşı təzyiqlərin davam etməsini, habelə ünvanlanmamış nifrət cinayətləri və Zelenskinin anti-LGBTİ+ siyasətinə gəlincə mövqeyini aydınlaşdırmaq üçün açıq və uzun danışmaq istəməməsini qeyd edib. 

Aktivistlər keçən ay prezidentin ofisi qarşısında etiraz etsələr də, polis tərəfindən tez bir şəkildə uzaqlaşdırılıblar. 



Powered by Froala Editor