Daley anti-LGBTİ+ hücuma cavab verib
Olimpiadaçı Tom Daley Rusiya dövlət televiziyasının anti-LGBTİ+ hücumuna cavab verib
08/Aug/21
2319
Olimpiadaçı Tom Daley Rusiya dövlət televiziyasının anti-LGBTİ+ hücumuna cavab verib
Olimpiadaçı Tom Daley Rusiya dövlət televiziyasında anti-LGBTİ+ rəydə hədəf alındıqdan sonra açıq idmançı olmağın vacibliyi haqqında danışıb.
Beynəlxalq Olimpiya Komitəsi (IOC) keçən günlərdə Rusiyanın dövlət televiziya kanallarını Tokio Olimpiya Oyunlarını rəzil homofobik və transfobik formada yayınladıqları üçün tənqid edib. BBC-in bildirdiyinə görə, dövlətə aid kanal Rossiya 1, xüsusilə Daley və yeni cığır açmış trans ağır atlet Laurel Hubbardı hədəf alıb.
Rusiya parlamentinin üzvü olan panelçilərdən biri gey və translardan "iyrəndiyini" söyləyib. "Biz bütün bu iftira və sapqınlığa" şiddətlə qarşı çıxırıq" - deyə qışqırıb və LGBTİ+ləri "iyrənc" olaraq təsvir edib.
Evening Standart-ın verdiyi məlumata görə, Tokio oyunlarında qızıl və bürünc medal qazanan Delay müxbirlər tərəfindən sual-cavab olunanda iyrənc hücum haqqında "heç bir fikrinin olmadığını" söyləyib. O, yarışırkən bir "şar" içində olduğunu və idmançıların "Olimpiadada olarkən həqiqətən heç bir şey görmədiklərini" açıqlayıb.
"Tarix cəmiyyətdəki hər şeyin heteroseksual, ağ, kişi təcrübəsindən diqtə edildiyini göstərir," - deyə Delay əlavə edib. "Əgər bir araya gəlib, fərqli baxış bucaqlarını istifadə edə bilsəydik, dünya daha yaxşı bir yer olardı."
Daley jurnalistlərə verdiyi açıqlamada LGBTİ+lərin kriminallaşdırıldığı və hətta ölüm cəzası ilə qarşılaşdığı bir ölkəni deyil, Böyük Britaniyanı təmsil etdiyi üçün özünü "son dərəcə şanslı" hiss etdiyini söyləyib.
Dalğıc: "Bu Olimpiya oyunlarında yarışan 10 ölkədə LGBT olmaq ölüm ilə cəzalandırılır" - deyib.
O: "Team GB - Böyük Britaniya komandasını təmsil etdiyim, ərim və oğlumla birlikdə dalğıc lövhəsində dayana bildiyim və hər hansı bir nəticədən narahat olmadığım üçün özümü son dərəcə şanslı hiss edirəm," - deyə davam edib.
Powered by Froala Editor