Geylərin “qısırlaşdırılıb” sığınacaqlarda saxlanılmasını istəyən Rusiya millət vəkili insan hüquqları şurası tərəfindən yerinə oturdulub 

Anti-LGBTİ+ rusiyalı millət vəkili Vitaliy Milonov geylərin “qısırlaşdırılması” və pişiklər kimi sığınacaqlarda saxlanılmasına çağırış etdikdən sonra ölkənin İnsan Hüquqları Şurası tərəfindən qınanıb. 

RT xəbərinə görə, Dövlət Dumasının məşhur homofobik üzvü və Rusiyanın "gey propaqanda qanununun" əsl müdafiəçisi Milonov TikTok-da bir jurnalistin sualına cavab verərkən bu rəyləri qeyd edib. 

İndi silinən videoda Milonov geyləri həbs etmək üçün sığınacaqlar yaratmağı təklif edib, lakin onları sığınacağa yerləşdirmənin və bəsləmənin "insani" olacağını söyləyib. 

"İnsani davranmalıyıq. Biz sahibsiz pişiklərlə necə mübarizə aparırıq. Onları qısırlaşdırırıq. Geylər də qısırlaşdırılmalıdırlar," - o deyib. 

Milonov geylərin "heyvanlar dünyasının ən zəif inkişaf mərhələsi" olduğunu və "təbii ki, sevimli pişiklərlə" müqayisə olunmayacaqlarını da dediklərinə əlavə edib. 

Buna cavab olaraq, Rusiya İnsan Hüquqları Şurasi rəhbəri Valeri Fadeyev Milonova xəbərdarlıq edib. 

"Mənə elə gəlir ki, eynilə Sovetlər dövründə olduğu kimi partiya komitəsi onunla məşğul olmalıdır. Bir millət vəkilinin Rusiya konstitusiyasını oxumaması düzgün deyil," - o söyləyib. 

"Geylərə və LGBTİ+ icmasına qarşı neqativ mövqeyiniz ola bilər, lakin bir siyasətçi danışığına diqqət etməli və qanunların pozulmasına ictimai çağırışlar etməməlidir." 


Powered by Froala Editor