Taliban idarəçiliyi altında 'ilişib qalmış' biseksual əfqan edam ediləcəyindən qorxur - amma 'ümidini itirməyib'

Bir zamanlar öz atası tərəfindən öldürülməyə cəhd edilən əfqanıstanlı biseksual kişi Taliban idarəçiliyi altında edəm edilmə qorxusunu dilə gətirib. 

Kimliyini qorumaq üçün soyadı gizli saxlanılan Başir PinkNewsa Əfqanıstanda "ilişib qaldığını" və burada seksuallığı aşkar olunarsa, öldürüləcəyindən qorxduğunu söyləyib. 

Yeniyetməlik dövründə Başir gey olduğunu düşünüb, lakin daha sonra biseksual olduğunu başa düşüb. Təxminən 20 il əvvəl Əfqanıstandan qaçıb və başqa bir ölkəyə sığınıb, lakin sonda qaçqın statusuna görə təhsil seçimləri limitli olduğu üçün 2003-cü ildə öz ölkəsinə geri qayıdıb. 

Başir xaricdə qaçqın kimi yaşayarkən başqa bir kişi ilə ilk münasibət qurub. Əfqanıstana qayıtdıqdan sonra Başir başqa bir eynicinsli münasibətə girib.

"Dünyanın ən mühafizəkar insanları arasında homoseksual olmaq bir yana, tənqidi düşüncəyə sahib olan biri kimi yaşamaq ağlasığmaz dərəcədə çətindir", - Başir PinkNews -a söyləyib. 

"Yaxın dostlarım və qohumlarım tərəfindən öldürülmə qorxusunun çətinlikləri ilə qarşılamışam. Hətta bir dəfə atam davranışlarımı və başqa bir oğlanla qeyri-adi/qeyri-ənənəvi dostluğumu gördükdən sonra məni öldürməyə cəhd edib."

Başirin dostlarından yalnız biri onun seksual oriyentasiyasını bilir. "LGBT hüquqlarını müdafiə etdiyimdə insanlar məndən şübhələnir, amma mən də 'gey deyiləm' deyirəm," - o əlavə edib.




Powered by Froala Editor